DİN Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
Daxili İşlər Nazirliyi (DİN) 20 sentyabr – Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib.
DİN-in paylaşımında 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirlərinin Azərbaycanın dövlət suverenliyinin tam bərpası baxımından mühüm əhəmiyyət daşıdığı bildirilib.
"Daxili Qoşunların hərbi qulluqçuları və polis əməkdaşları antiterror tədbirləri zamanı qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsində iştirak ediblər.Onların döyüş yolu – şəhidlərin qəhrəmanlığı, qazilərin şücaəti və hərbi qulluqçuların nümayiş etdirdiyi əzmkarlıq vətənə sədaqət və xalqa xidmət nümunəsidir", – paylaşımda qeyd olunub.