• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənilərin atəşkəs pozuntusu Misir mətbuatında

Ermənilərin atəşkəs pozuntusu Misir mətbuatında
05.08.2014 09:35
Azərbaycan səfirliyinin cəbhədəki son vəziyyətlə bağlı açıqlaması2014-cü ilin 31 iyul-1 avqust tarixlərində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş vəziyyətlə bağlı Azərbaycan Respublikasının Misirdəki səfirliyinin Azərbaycanın Müdafiə Nazirliyinə istinadən yaydığı bəyanat Misirin bir çox internet saytlarında dərc olunub.Səfirlikdən verilən məlumata görə, bəyanatda Ermənistan silahlı birləşmələrinin cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi pozaraq, Azərbaycan Ordusunun nəzarətində olan ərazilərə soxulmağa cəhd göstərdikləri bildirilib və baş verən qarşıdurmalarda Azərbaycan Ordusunun hərbi qulluqçularının şəhid olduğu qeyd olunub. Həmçinin bəyanatda iyulun 31-dən avqustun 1-ə keçən gecə erməni kəşfiyyat-təxribat qruplarının Ağdam və Tərtər rayonları ərazisində qoşunların təmas xəttini keçmək istədikləri və Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin sayıqlığı nəticəsində düşmənin səngərlərə yaxınlaşmasının qabaqcadan aşkar edilərək, təxribatın qarşısının alındığı deyilir. Ermənistan tərəfindən atəşkəsin pozulmasına Azərbaycan silahlı qüvvələrinin verdiyi cavab atəşi nəticəsində erməni hərbi bölmələrinin xeyli itki verərək geri çəkilməyə məcbur edilmələri barədə məlumatlar da bəyanatda öz əksini tapıb.Bəyanat aparıcı Yaxın Şərq Xəbərlər Agentliyində və populyar internet saytlarda dərc edilib.

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol