• $
  • €
  • ₽
  • ₺
  • £

Şəhid Əli Rəhimov dəfn olundu - FOTOLAR

Şəhid Əli Rəhimov dəfn olundu - FOTOLAR
02.08.2014 15:57

Ötən gün Azərbaycan Ordusunun cəbhə xəttində düşmənin həmləsini dəf edərkən şəhid olan əsgəri, 19 yaşlı Əli Fətulla oğlu Rəhimovun cənazəsi doğulduğu Masallı rayonuna aparılıb.ANN.Az CTV-yə istinadən məlumat verir ki, əsgər doğma kəndləri olan Köçəkli kənd qəbiristanlığında torpağa tapşırılıb.Dəfn mərasimində yüzlərlə kənd sakini, şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri, Masallı rayon İcra hakimiyyətinin və yerli hüquq mühafizə orqanlarının nümayəndələri iştirak ediblər. 19 yaşlı Ə.Rəhimovun cənazəsi axşam saatlarında, böyüyüb boya-başa çatdığı həyətə gətirilib. Həyətdə şəhidin şərəfinə qaraovul düzülüb.Cənazə şəriət qaydalarına uyğun olaraq yuyulub və meyit namazı qılınıb. Son dəfə yaxınları Ə.Rəhimovla vidalaşdıqdan sonra hərbi qarovulun müşayiəti ilə cənazə Köçəkli qəbiristanlığına aparılıb.Ə.Rəhimov 1992-ci ildə Qarabağ uğrunda şəhid olan əmisi oğlunun yanında dəfn edilib. Torpağa qoyularkən yaylım atəşi açılıb.Allah rəhmət eləsin!ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol