Şəhidlərimizin sayı artdı: yaralı əsgər dünyasını dəyişdi

Ötən gün düşmənlə atışmada yaralanmış hərbçimiz dünyasını dəyişib.
APA-nın məlumatına görə, həkimlərin səyinə baxmayaraq, Abdinov Hüseyn Etibar oğlunu xilas etmək mümkün olmayıb.
Sumqayıt şəhərindən hərbi xidmətə çağırılmış H. Abdinov hospitalda vəfat edib.
ANN.Az
























