• $
  • €
  • ₽
  • ₺
  • £

Seyid Lazım Ağanın nəvəsi qadın alverinə görə həbs edildi

Seyid Lazım Ağanın nəvəsi qadın alverinə görə həbs edildi
01.08.2014 11:35
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qadın alveri ilə məşğul olan Ağdam şəhər sakini Qafur Bağırovun cinayət işi üzrə məhkəmə başa çatıb.  Qafur Bağırov Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində həbs edilib. O, gəlir əldə etmək məqsədi ilə qadınları BƏƏ-nin Dubay Əmirliyinə aparıb cinsi istismara məruz qoyması faktları məlum olub. Cinayət işi üzrə 3 nəfər zərərçəkmiş qadın var.  Qafur Bağırov Ağdam rayonunda tanınmış şəxslərdən biri, Seyid Lazım Ağanın nəvəsidir. Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən Qafur Bağırov elan olunmuş ittiham üzrə özünün təqsirli bilməyib. O, deyib ki, qadınları Dubaya işləmək üçün göndərib. Onun sözlərinə görə, qadınların Dubayda cinsi istismara məruz qalmalarından xəbəri olmayıb.  Zərərçəkmişlər isə Qafur Bağırovun onları cinsi istismara məruz qalmalarıını deyiblər. Onlar bildiriblər ki, Qafur Bağırov onlarla birlikdə Dubay şəhərinə gedib. Onların cinsi istismara məruz qalmalarından toplanan pulları Qafur Bağırov yığxıb.  Məhkəmənin hökmü ilə Qafur Bağırov 4 il müddətinə azadlıqdan məhrum edilib. (Teleqraf.com)ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol