• $
  • €
  • ₽
  • ₺
  • £

Həsən Həsənov Kəlbəcərdən əvvəl Cəbrayıla gedib - Yeni VİDEO

Həsən Həsənov Kəlbəcərdən əvvəl Cəbrayıla gedib - Yeni VİDEO
28.07.2014 11:37
Ermənilərin Kəlbəcərdə öldürdüyü Cəbrayıl rayon sakini Həsən Həsənov Dağlıq Qarabağda dəfn edilib.
 Məlumatı Qarabag.info-ya Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova verib. 
 
Onun sözlərinə görə, dəfn prosesi BQXK təmsilçisinin müşayiətilə həyata keçirilib.
İlahə Hüseynovanın sözlərinə görə, BQXK meyitin geri qaytarılması üçün danışıqları davam etdirir.
 
Qeyd edək ki, iyulun əvvəlində işğal altındakı Kəlbəcər rayonuna – dədə-baba torpaqlarını ziyarətə gedən üç azərbaycanlı mülki şəxs Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov erməni hərbçilərinin pusqusuna düşüblər.
Erməni tərəfinin yaydığı məlumata görə, hadisə iyulun 11-i Kəlbəcər ərazisində baş verib. Nəticədə  Dilqəm Əsgərov, Şahbaz Quliyev canlı olaraq girov götürülüb, Həsən Həsənov isə öldürülüb.
Modern.az saytının məlumatına görə, Həsən Fərman oğlu Həsənov 12 aprel 1978-ci ildə Cəbrayıl rayonunun Mehdili kəndində doğulub. Həsəni tanıyan dost-tanışları onun olduqca vətənpərvər, cəsur insan olduğunu deyirlər. Vətənin bir qarış torpağı, bir cansız daşı üçün düşmən gülləsi qarşısında mətin dayana bilcək oğlanlardan idi. Atəşkəs dövrünün tanınan adamlarından oldu Həsən.
Yaxınları, ailəsi, qızı onun ölümünə hələ də inanmır və ümidlərini kəsmirlər...  
Vətən üçün alışıb-yanan Həsən şübhəsiz Dilqəm və Şahbazla yola çıxanda bu ziyarətin bir ucunün ölümlə bitəcəyini təxmin edirdi. Əgər öldüsə, şəhid oldu Vətən torpağında... 
Qeyd edək ki, Həsən bundan əvvəl də dəfələrlə işğal altındakı torpaqlarımıza can atıb. O, Kəlbəcərdən əvvəl doğma torpağına – Cəbrayıl rayonuna – böyüyüb, boya-başa çatdığı Mehdili kəndinin bir addımlığınadək getmişdi. 2013-cu ilin 18 oktyabr tarixində. Bu, o tarixdir ki, Mehdili kəndi düz 20 il əvvəl 1993-cü ilin oktyabrında işğal olunmuşdu...  
Həsən Həsənovun işğal olunmuş doğma Mehdili kəndinə bitişik olan Cocuq Mərcanlıya (Cəbrayıla) səfəri və oradan çəkib gətirdiyi videolenti təqdim edirik… Bu kənd Cəbrayılın təmas xəttində yerləşən və Azərbaycan Silahlı Qüvvələrinin əlində olan yeganə yaşayış məntəqəsidir. 
ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol