• $ 1.7
  • € 1.9944
  • ₽ 0.021616
  • ₺ 0.0426
  • £ 2.334

Son 24 saatda koronavirusdan ölənlərin sayında rekord artım - SİYAHI

Son 24 saatda koronavirusdan ölənlərin sayında rekord artım - SİYAHI
26.03.2020 11:16
Koronavirus pandemiyası (COVİD-19) son 24 saatda rekorda imza atıb.

"Report”un "Habertürk"ə istinadən verdiyi məlumata görə, ölü sayı bu müddət ərzində 2 378 nəfər artaraq 21 292-yə çatıb.

Eyni zamanda xəstəliyə yoluxanların sayında da ciddi artım müşahidə olunub. Dünya üzrə yoluxma faktı 50 min artaraq 472 minə çatıb.
İtaliyada ölü sayı 7 503-ə yüksəlib. Yoluxanların sayı isə 57 521 nəfərdir. Bu rəqəmə ölən və sağalananları daxil etdikdə virusa yoluxanların sayı ümumilikdə 74 386 nəfərə çatıb.

İspaniyada pandemiya səbəbindən 3 647 nəfər həyatını itirib. Son 24 saat ərzində ölənlərin sayı 938 nəfər olub. İspanya Çin və İtaliyadan sonra ən çox insan ölümü qeydə alınan ölkədir.

Fransada ölü sayı 1100 nəfərə qədər artıb. İranda da vəziyyət ürəkaçan deyil. Qonşu ölkədə son 24 saatda 143 insan vəfat edib. Bununla da ölü sayı 2077-yə çatıb. İranda virusla əlaqəli saxta spirtli içkidən zəhərlənərək ölənlərin sayı isə 255 nəfərə çatıb.

İngiltərədə isə virus səbəbindən 465 nəfər plüb. Ölkə üzrə yoluxanların sayı isə 8 939 nəfərə çatıb. Almaniyada insan tələfatı 206 fakt üzrə qeydə alınıb. Ümumilikdə 33 570 nəfərdə koronavirus aşkarlanıb.

ABŞ-da ölü sayı 1000 nəfəri keçib. Yoluxanlara gəlincə, bu göstərici son 24 saatda 8 757 nəfər artaraq 66 942-yə çatıb.
Rusiyada isə 626 nəfər virusa yoluxub, 3 nəfər dünyasını dəyişib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Sputnik Azərbaycan” ofisində keçirilən əməliyyat zamanı 7 nəfər saxlanılıb, 2 nəfər həbs edilib – mənbə
Cəmiyyət 14:48
“Sputnik Azərbaycan” ofisində keçirilən əməliyyat zamanı 7 nəfər saxlanılıb, 2 nəfər həbs edilib – mənbə
Yekaterinburq hadisəsi ilə bağlı cinayət işi başlanılıb
Cəmiyyət 12:57
Yekaterinburq hadisəsi ilə bağlı cinayət işi başlanılıb
Sabah yağış gözlənilir - Hava proqnozu
Cəmiyyət 12:16
Sabah yağış gözlənilir - Hava proqnozu
Rusiya polisi tərəfindən saxlanılan azərbaycanlılar döyülərək öldürülüb – ekspertiza
Cəmiyyət 11:57
Rusiya polisi tərəfindən saxlanılan azərbaycanlılar döyülərək öldürülüb – ekspertiza
Ötən ay 13 nəfər dövlət sərhədini pozarkən saxlanılıb
Cəmiyyət 11:41
Ötən ay 13 nəfər dövlət sərhədini pozarkən saxlanılıb
Yekaterinburqda öldürülən azərbaycanlı qardaşlar dəfn edilib
Cəmiyyət 11:08
Yekaterinburqda öldürülən azərbaycanlı qardaşlar dəfn edilib
İstifadəyə yararsız döyüş sursatları məhv ediləcək - MN
Cəmiyyət 10:23
İstifadəyə yararsız döyüş sursatları məhv ediləcək - MN
Qətlə yetirilmiş azərbaycanlıların cəsədlərində işgəncə izləri aşkarlanıb – Jurnalist
Cəmiyyət 10:02
Qətlə yetirilmiş azərbaycanlıların cəsədlərində işgəncə izləri aşkarlanıb – Jurnalist
Azərbaycan hökuməti çoxuşaqlı ailələrə dəstəyi artırır
Cəmiyyət 09:50
Azərbaycan hökuməti çoxuşaqlı ailələrə dəstəyi artırır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol