• $
  • €
  • ₽
  • ₺
  • £

Həmsədrlər bəyanat veriblər: "Narahatıq"

Həmsədrlər bəyanat veriblər: "Narahatıq"
24.07.2014 11:16
ATƏT-in Minsk qrupunun həmsədrləri Pyer Andryö (Fransa), Ceyms Uorlik (ABŞ) və İqor Popov (Rusiya), həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik iyulun 22-də Brüsseldə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyanla ayrı-ayrılıqda görüş keçiriblər. Trend-in məlumatına görə, bu barədə ATƏT-in press-relizində deyilir.Həmsədrlər gərginliyin və zorakılığın artması halları, o cümlədən qoşunların təmas xətti boyunca dinc sakinləri qəsdən öldürmək cəhdləri ilə əlaqədar ciddi narahatlıqlarını bildiriblər. Onlar qəti şəkildə tərəfləri qəsəbə və kəndlərin mülki əhalisinə münasibətdə zorakılıq fəaliyyətindən yayınmaq üzrə üzərilərinə məsuliyyət götürməyə səsləyiblər. Diplomatlar xarici işlər nazirlərini atəşkəs rejimi haqqında sazişin şərtlərinə sadiq qalmağa çağırıblar.Minsk qrupunun həmsədrləri və xarici işlər nazirləri sülh danışıqlarında irəliləyişin əldə olunması üçün Azərbaycan və Ermənistan prezidentləri arasında görüşün əhəmiyyətini qeyd edərək, dövlət başçılarının sammitinin gündəliyindəki mümkün bəndləri də müzakirə ediblər.Həmsədrlər insanlar arasında mümkün etimad tədbirlərinin yaradılması məsələsinə baxmaqda davam edəcək və bütün bunları tərəflərlə müzakirə edəcəklər. Onlar belə proqramların davamlı sülh üçün zəruri olan etimadın və inamın yaradılmasına kömək edəcəyini düşünürlər.Həmsədrlər Vyanada Minsk qrupu ölkələrini sülh danışıqlarının vəziyyəti barədə məlumatlandırıblar.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol