• $
  • €
  • ₽
  • ₺
  • £

Görüntüləri yayılan müəllim danışdı: “Onu tapsam...” - VİDEO

Görüntüləri yayılan müəllim danışdı: “Onu tapsam...” - VİDEO
28.05.2020 23:13
"Mən bilmirəm bu videonu hansı düşüncəsiz, səviyyəsiz qrupdan çıxarıb, sosial şəbəkəyə yükləyib. Hər kimdirsə, ayıb olsun”.
Bu sözləri Oxu.Az-a Ağdaş şəhər Habil Əliyev adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin solfecio müəllimi Vəfa Həsənova sosial şəbəkədə yayılan videogörüntülərinə aydınlıq gətirərkən deyib.
O bildirib ki, videogörüntünü özü yaymayıb:

"Hər gün məktəbimizin şöbə müdiri və 10 müəllimdən ibarət olan "WhatsApp” qrupuna keçirilən dərslərlə bağlı videogörüntülərin atılması tapşırılıb. Mən də digər müəllimlər kimi eyni qaydada həmin qrupa gündəlik dərs keçirildiyinə dair video atıram. 27 ilə yaxındır müəllim işləyirəm, hələ belə bir şey başıma gəlməyib. O qrupda müəllimlərimizdən kənar heç kim olmayıb. Bu video o qrupdakılar tərəfindən yayılıb. Mən qətiyyən onlayn dərslərə lağ etmirəm. Müəllimlərimiz, valideynlərimiz tanıyır ki, necə insanam.
Həmin gün evdə uşaq bir az mənə mane oldu, əsəbiləşdim. Videonu gəlinim çəkib. Görüntünü də atanda qrupa yazdım ki, baxın, bu cür çətin şəraitdə dərs keçirik. İnternet tez-tez kəsilir, gecikmələr olur, amma dərslərimizdən qalmırıq.
Heç kim də boynuna almır kim edib. Onu tapsam, bir kəlmə deyərəm, ayıb olsun. Hər nə niyyətlə paylaşıb, bilmirəm, amma mən müəlliməm. Dünən təzyiqim qalxmışdı, az qaldı təcili yardım çağırsınlar”.
V.Həsənova ikinci dəfə yayılan səs yazısına da münasibət bildirib:
"O səs yazısını mən Şəkidə birgə təhsil aldığım yoldaşıma göndərmişəm. Onunla dərdləşmişəm. O da bu səsi yayıb. Ondan soruşdum ki, bu səsi nə üçün yaymısan? Deyir, istəyirdim bilinsin ki, bunu səndən gizli kimsə yayıb. Əgər bu hərəkəti edən yazılanları oxuyursa, ona ayıb olsun. Ümid edirəm, bir də heç kimə qarşı belə hərəkət etməzlər”.
"Məsələ ilə bağlı müdiriyyətlə aramda heç bir problem yaşanmayıb”, - deyə V.Həsənova əlavə edib.
Xatırladaq ki, bir neçə gün əvvəl sosial şəbəkədə musiqi müəlliminin dərs keçdiyi zaman qeydə alınmış videosu yayılıb. Kadrlarda müəllim əsəblərinə hakim ola bilməyib.
 
 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol