• $
  • €
  • ₽
  • ₺
  • £

Şəmkirdə bacanağını öldürən şəxsin bunu niyə etdiyi məlum olub - TƏFƏRRÜAT+FOTO

Şəmkirdə bacanağını öldürən şəxsin bunu niyə etdiyi məlum olub - TƏFƏRRÜAT+FOTO
29.05.2020 00:50
Şəmkir rayonunda 28 yaşlı gəncin qohumu tərəfindən qətlə yetirilməsinin təfərrüatı məlum olub.
"Report”un Qərb Mərkəzinin məlumatına görə, mayın 1-də Şəmkir rayon Yuxarı Seyfəli kənd sakini, 1992-ci il təvəllüdlü Hümmətli Elnur Salman oğlu rayonun Yeni Həyat kənd ərazisində başının arxa hissəsindən odlu silahla açılan atəş nəticəsində qətlə yetirilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aparılan araşdırmalar nəticəsində hadisənin onun bacanağı olan, Yeni Həyat kənd sakini, 1977-ci il təvəllüdlü Etibar Binnət oğlu Süleymanov tərəfindən törədildiyi məlum olub və o, şübhəli şəxs qismində saxlanılıb. 
Belə ki, ailədaxili mübahisə səbəbindən E.Hümmətlinin həyat yoldaşı bir necə dəfə Yeni Həyat kəndində olan ata evinə gedib. Daha sonra qohumların və tanışların iştirakı ilə barışdırılıblar. İllərdir davam edən mübahisənin səbəbkarı olaraq isə tərəflər hər zaman bir-birilərini günahlandırıblar. Məişət probleminə çevrilən məsələ ailənin övlad sahibi olması ilə sakitləşsə də, son bir neçə ayda yenidən gündəmə gəlib. 
Mübahisəyə Elnur Hümmətlinin bacanağı E.Süleymanov da qoşulub. Hadisə günü E.Hümmətli Yeni Həyat kəndinə gedib. Orada bacanağı olan E.Süleymanov onunla görüşüb. Bu zaman Yeni Həyat kəndindən Yuxarı Seyfəli kəndinə gedən yolda E.Süleymanov üzərində olan, kustar üsulla düzəldilmiş silahdan istifadə edərək E.Hümmətlinin başının arxa hissəsindən bir güllə vuraraq onu qətlə yetirib. 
Hadisə yaşayış evindən kənarda olub. Güllə səsi eşidən sakinlər əraziyə gəlib və məsələ ilə bağlı hər ikisinin yaxınlarına və aidiyyəti qurumlara məlumat veriblər.
E.Süleymanov hadisəni törətdikdən sonra ərazidən qaçsa da, polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb olunub.
Qətlə yetirilən E.Hümmətli kənd və rayon ərazisində fəhləliklə məşğul olub. Hadisəni törədən şəxsin isə öncələr məhkumluq həyatı yaşadığı, kənddə təsərrüfatla məşğul olduğu bildirilir.
Qeyd edək ki, E.Hümmətli ilə həyat yoldaşının nikahından dünyaya gələn qız uşağının 2 yaşı var.
Faktla bağlı Şəmkir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, araşdırma davam etdirilir.
 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Anar Bayramov direktoru işdən çıxarıb
Cəmiyyət 14:56
Anar Bayramov direktoru işdən çıxarıb
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəmiyyət 14:42
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəlilabadda 6 kəndin işığı kəsilib
Cəmiyyət 14:28
Cəlilabadda 6 kəndin işığı kəsilib
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Cəmiyyət 13:29
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
Cəmiyyət 13:21
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Cəmiyyət 13:16
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Cəmiyyət 13:03
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:53
Sabahın hava proqnozu açıqlanıb
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
Cəmiyyət 12:47
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol