"Kontakt home" karantinlə bağlı söz verdiyi güzəştə əməl etmədi- FOTO - AÇIQLAMA

"Kontakt
home” COVİD 19 pandemiyası ilə əlaqədar müştərilərə aprel ayı üzrə ödənişlərin
gecikməsinə güzəştlər tətbiq etmişdi.
Anews.az-a
müraciət edən şikayətçi bildirir ki, iki gün öncə ona "Kontakt Home”dan mesaj
gəlib. Həmin mesajda vətəndaşa aprel ayı üzrə ödənişi gecikir və ödəməyi tələb olunub.
Şikayətçi onu da qeyd
edir ki, bu mesajdan sonra təcili pulu ödəyib və "Kontakt home” mağazalardan
birinə yaxınlaşaraq məsələni araşdırmaq istəyib. Mağazada ona bildiriblər ki,
bu texniki problemdir. Bu halda nə sizin puluzunu geri qaytara bilmərik, nə də
növbəti ayı gecikmə edə bilmərsiz.
Qeyd
edək ki, "Kontakt home” karantin rejimi ilə əlaqədar minlərlə müştərinin
ödənişlərini 1 aylıq ertələmişdir və aprel ödənişləri üzrə gecikmə
hesablanmayacaqdı.
"Kontakt home" yaranmış problemlə bağlı anews.az-a açıqlama verib.
Mətbuat xidmətinin sözçüsü bildirib ki, sistemdə baş vermiş texniki nasazlıq səbəbindən ödəniş günü aprel ayının son günlərinə təsadüf edən bəzi müştərilərin nömrəsinə aylıq ödənişin həyata keçirilməsinə dair avtomatik SMS xəbərdarlıq göndərilmişdir.
Həmin müştərilərə bildirmək istərdik ki, narahatlıq üçün heç bir əsas yoxdur. Ödəniş günü aprel ayına təsadüf edən hər kəs həmin ay üçün olan ödənişini may ayının müvafiq günündə edə bilər (Məsələn, müştərinin ödəniş günü 30 aprel tarixinə təsadüf edirsə, həmin ödənişini müvafiq olaraq 30 may tarixinədək həyata keçirə bilər. Buna görə ona hər hansı gecikmə hesablanmayacaq).
Həmçinin qeyd etmək istərdik ki, yazıda sözü keçən müştəriyə məsələ izah olunub və may ayının ödənişinə güzəşt edilib. Eyni məsələ ilə üzləşmiş müştərilərə də fərdi müraciətlər əsasında güzəşt ediləcək.
























