• $
  • €
  • ₽
  • ₺
  • £

ƏDV vətəndaşlara qaytarılır: Proses necə aparılacaq? - VİDEO

ƏDV vətəndaşlara qaytarılır: Proses necə aparılacaq? - VİDEO
05.05.2020 09:46
Ticarət və iaşə obyektlərində ödənişlər zamanı tutulan əlavə dəyər vergisini (ƏDV) geri almaq mümkündür.
 
Anews.az-ın məlumatına görə, qanunun bu tələbinin həyata keçirilməsi üçün proses tamamlanıb.
 
Müştəri ƏDV-ni geri ala bilmək üçün ilk öncə edvgerial.az saytından qeydiyyatdan keçməlidir.
 
Qeydiyyatdan keçərkən sizə şəxsiyyəti təsdiq edən sənədin FİN-i, doğum tarixi və mobil nömrə lazım olacaq.
 
Qeydiyyatdan keçdikdən sonra əməliyyatları həyata keçirmək olar.
 
Müştəriyə 30 gün müddətində geri qaytarılacaq məbləğ nağdsız əməliyyatlar üzrə ödənilmiş ƏDV-nin 15 faizi, nağd əməliyyatlar üzrə isə 10 faizi həcmində olacaq.
 
Hər bir vətəndaş etdiyi alış-veriş və ya xidmətə görə ödənilən çeklərdə məbləğləri toplayaraq nağd ödənişlərdə həmin məbləğdən bu vəsaitin 118-ə bölünərək 10-a vurulmuş hissəsini, nağdsız ödənişlərdə isə həmin vəsaitin 118-ə bölünərək 15-ə vurulmuş həcmini çıxaraq alacağı pulu müəyyən edə bilər.
 
Bunu daha asan yolla hesablamaq üçün portalda kalkulyator yerləşdirilib. Həmin kalkulyator vasitəsi ilə geri qaytarılacaq pulun həcmini müəyyənləşdirmək olar.
 
Dövlət Vergi Xidmətinin baş idarə rəisi Elçin Məmmədov deyib ki, bu sistemin tətbiqində məqsəd iqtisadiyyatda şəffaflığı təmin etməkdir
 
Qeyd edək ki, bu qaydalar supermarket və digər pərakəndə ticarət obyektləri, restoran və kafelərdən alınmış mallara, göstərilmiş xidmətlərə görə ödənilən ƏDV-nin bir hissəsinin qaytarılması üçün tətbiq edilir. Yanacaqdoldurma məntəqələrindən neft və qaz məhsullarının alışı zamanı ödənilən ƏDV geri qaytarılmır. Prosesdə iştirak edəcək müvəkkil bank kimi isə KapitalBank müəyyən edilib.
 
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Biləsuvarda motosiklet yük avtomobili ilə toqquşub, sürücü ölüb
Cəmiyyət 18:30
Biləsuvarda motosiklet yük avtomobili ilə toqquşub, sürücü ölüb
Prokurorluqda işə qəbul üzrə yazılı imtahanın tarixi dəyişdirilib
Cəmiyyət 18:09
Prokurorluqda işə qəbul üzrə yazılı imtahanın tarixi dəyişdirilib
Tovuzda hamilə qadın bıçaqlanıb
Cəmiyyət 17:26
Tovuzda hamilə qadın bıçaqlanıb
Maliyyə Nazirliyi 9 ayda 114 hüquqi aktın layihəsini hazırlayıb
Cəmiyyət 15:22
Maliyyə Nazirliyi 9 ayda 114 hüquqi aktın layihəsini hazırlayıb
Payız tətili başlayır
Cəmiyyət 15:13
Payız tətili başlayır
Yol-nəqliyyat hadisələrinin 41,1 %-i piyadavurma hadisələridir
Cəmiyyət 13:40
Yol-nəqliyyat hadisələrinin 41,1 %-i piyadavurma hadisələridir
Ağsunun kəndlərində bəzi məktəblər acınacaqlı vəziyyətdədir - deputat
Cəmiyyət 13:30
Ağsunun kəndlərində bəzi məktəblər acınacaqlı vəziyyətdədir - deputat
Fermer 4 manat subsidiya almaq üçün 500 heyvan saxlamalıdır - deputatdan irad
Cəmiyyət 13:14
Fermer 4 manat subsidiya almaq üçün 500 heyvan saxlamalıdır - deputatdan irad
Deputat dərsliklərlə bağlı hesabat verilməsini istəyib
Cəmiyyət 13:00
Deputat dərsliklərlə bağlı hesabat verilməsini istəyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol