• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda pensiya və əməkhaqqı artırılacaq - AÇIQLAMA

Azərbaycanda pensiya və əməkhaqqı artırılacaq - AÇIQLAMA
05.05.2020 11:43
Xəbər verdiyimiz kimi, Azərbaycanda karantin rejimi mayın 31-nə qədər uzadılıb. Bəs, karantin rejimi bitdikdən sonra Azərbaycanda pensiya və əməkhaqqı artırılacaqmı?

Anews.az xəbər verir ki, bununla bağlı Sonxeber.az-a danışan deputat Aydın Hüseynov bildirib ki, ölkədə aparılan siyasətin başlıca məqsədi Azərbaycan vətəndaşının sosial rifahının yaxşılaşdırılmasıdır:

"Dövlət büdcəmizin 40 faizə qədəri sosial təyinatlı xərclərdir. 2019-cu ildə əməkhaqqı, əmək haqqına tutulan xərclər, təqaüdlər və pensiyalar önəmli şəkildə artırıldı. Biz 4.2 milyon insanı əhatə edən böyük sosial zərfin şahidi olduq.

Xatırlayırsınız ki, cənab prezident bildirmişdi ki, bu kimi əməkhaqların və pensiyaların artımı növbəti illərdə də davam edəcək. Mən hesab edirəm ki, növbəti mərhələlərdə əməkhaqqının və pensiyaların artımı həyata keçiriləcək. Təbii ki, bu, sistemli xarakter daşıyır. Baxmayaraq ki, dünyada iqtisadi gərginlik baş verir.
Ölkə başçısı bildirib ki, dünyada gedən iqtisadi böhrana baxmayaraq, Azərbaycanda sosial layihələr ixtisar olunmayacaq. Sosial tədbirlər proqnozlaşdırılmış formada öz həllini tapacaq. Bəli, növbəti mərhələlərdə orta əməkhaqqının və pensiyaların artırılmasını gözləyirik".

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Biləsuvarda motosiklet yük avtomobili ilə toqquşub, sürücü ölüb
Cəmiyyət 18:30
Biləsuvarda motosiklet yük avtomobili ilə toqquşub, sürücü ölüb
Prokurorluqda işə qəbul üzrə yazılı imtahanın tarixi dəyişdirilib
Cəmiyyət 18:09
Prokurorluqda işə qəbul üzrə yazılı imtahanın tarixi dəyişdirilib
Tovuzda hamilə qadın bıçaqlanıb
Cəmiyyət 17:26
Tovuzda hamilə qadın bıçaqlanıb
Maliyyə Nazirliyi 9 ayda 114 hüquqi aktın layihəsini hazırlayıb
Cəmiyyət 15:22
Maliyyə Nazirliyi 9 ayda 114 hüquqi aktın layihəsini hazırlayıb
Payız tətili başlayır
Cəmiyyət 15:13
Payız tətili başlayır
Yol-nəqliyyat hadisələrinin 41,1 %-i piyadavurma hadisələridir
Cəmiyyət 13:40
Yol-nəqliyyat hadisələrinin 41,1 %-i piyadavurma hadisələridir
Ağsunun kəndlərində bəzi məktəblər acınacaqlı vəziyyətdədir - deputat
Cəmiyyət 13:30
Ağsunun kəndlərində bəzi məktəblər acınacaqlı vəziyyətdədir - deputat
Fermer 4 manat subsidiya almaq üçün 500 heyvan saxlamalıdır - deputatdan irad
Cəmiyyət 13:14
Fermer 4 manat subsidiya almaq üçün 500 heyvan saxlamalıdır - deputatdan irad
Deputat dərsliklərlə bağlı hesabat verilməsini istəyib
Cəmiyyət 13:00
Deputat dərsliklərlə bağlı hesabat verilməsini istəyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol