Azərbaycanda bir gündə 8 nəfər bu səbəbdən öldü

Daxili İşlər Nazirliyi ötən sutka ərzində baş verən yol qəzaları ilə bağlı məlumat yayıb.
Anews.az nazirliyə istinadən xəbər verir ki, dünən Respublikanın avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 8 nəfər ölüb, 7 nəfər isə xəsarət alıb.
Belə ki, Kürdəmir rayonunun Sorsor kəndində "Nissan" və "Mercedes" markalı 2 avtomobilin toqquşması nəticəsində 6 nəfər ölüb. İmişlidə isə 2 yük avtomobilinin toqquşması 2 nəfərin həyatını itirməsinə səbəb olub.
www.anews.az
























