• $
  • €
  • ₽
  • ₺
  • £

II Dünya müharibəsi iştirakçılarına birdəfəlik yardım ödənildi

II Dünya müharibəsi iştirakçılarına birdəfəlik yardım ödənildi
05.05.2020 22:00
Prezident İlham Əliyevin 24 aprel 2020-ci il tarixli sərəncamının icrası olaraq, İkinci Dünya müharibəsində Qələbənin 75-ci ildönümü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin müharibənin iştirakçılarının - 256 nəfərin hər birinə 1 500 manat məbləğində birdəfəlik maddi yardımın maliyyələşdirilməsi artıq təmin olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, sərəncama əsasən, həmçinin İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarından, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərdən və İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərindən, Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərdən, Leninqrad şəhərinin mühasirəsi iştirakçılarından ibarət 7 126 nəfərin hər birinə isə 750 manat məbləğində birdəfəlik maddi yardım ödənişi həyata keçirilib.

Birdəfəlik maddi yardım vəsaitləri həmin vətəndaşların pensiya üzrə plastik kart hesablarına köçürülüb.

Sərəncamın icrası olaraq ümumilikdə 7 382 nəfər üçün birdəfəlik maddi yardımın ödənişi təmin olunub.

Xatırladaq kli, İkinci Dünya müharibəsi iştirakçılarına və digər şəxslərə hər il Qələbə günü ərəfəsində verilən birdəfəlik maddi yardımın məbləği mütəmadi artırılır. Bu istiqamətdə növbəti artım kimi, ötən ilki ilə müqayisədə hazırda həmin şəxslər üçün nəzərdə tutulan birdəfəlik yardımın məbləği də 50 faiz artırılıb

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prokurorluqda işə qəbul üzrə yazılı imtahanın tarixi dəyişdirilib
Cəmiyyət 18:09
Prokurorluqda işə qəbul üzrə yazılı imtahanın tarixi dəyişdirilib
Tovuzda hamilə qadın bıçaqlanıb
Cəmiyyət 17:26
Tovuzda hamilə qadın bıçaqlanıb
Maliyyə Nazirliyi 9 ayda 114 hüquqi aktın layihəsini hazırlayıb
Cəmiyyət 15:22
Maliyyə Nazirliyi 9 ayda 114 hüquqi aktın layihəsini hazırlayıb
Payız tətili başlayır
Cəmiyyət 15:13
Payız tətili başlayır
Yol-nəqliyyat hadisələrinin 41,1 %-i piyadavurma hadisələridir
Cəmiyyət 13:40
Yol-nəqliyyat hadisələrinin 41,1 %-i piyadavurma hadisələridir
Ağsunun kəndlərində bəzi məktəblər acınacaqlı vəziyyətdədir - deputat
Cəmiyyət 13:30
Ağsunun kəndlərində bəzi məktəblər acınacaqlı vəziyyətdədir - deputat
Fermer 4 manat subsidiya almaq üçün 500 heyvan saxlamalıdır - deputatdan irad
Cəmiyyət 13:14
Fermer 4 manat subsidiya almaq üçün 500 heyvan saxlamalıdır - deputatdan irad
Deputat dərsliklərlə bağlı hesabat verilməsini istəyib
Cəmiyyət 13:00
Deputat dərsliklərlə bağlı hesabat verilməsini istəyib
Vətəndaşların sosial problemləri qurumlar arasında həll olunmamış qalır - deputat
Cəmiyyət 12:52
Vətəndaşların sosial problemləri qurumlar arasında həll olunmamış qalır - deputat
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol