Azərbaycanda əksəriyyət bu mobil operatordan uzaqlaşır

Daha yaxşı təklif axtarışında olmaq abunəçilərin öz mobil operatorlarını dəyişməsinin əsas səbəbidir.
Belə ki, mobil operatorunu dəyişənlərin (260 respondenti) 35.4%-i "Azercell”dən – "Bakcell”ə və 13.8%-i isə "Azercell”dən – "Nar”a keçdiklərini qeyd ediblər.
"Azercell”i- başqa operatora dəyişənlər əsasən (128 respondentin 80%-i) gəlir səviyyəs aşağı olanlardır (29%-i gəliri olmayanlar, 51%-i gəlir 750 AZN-dən aşağı olanlardır). "Azercell”-i başqa operatorlara dəyişənlərə digər regionlara nisbətdə Bakı, Sumqayıt, Gəncə və xüsusilə Quba şəhərlərində daha çox rast gəlinir. Ümumiyyətlə isə operatorunu digər operatora dəyişənlər kişilər arasında daha çoxdur (kişilər 58%; qadınlar 42%). Bir operatordan digərinə keçid daha çox 26-35 yaş kateqoriyasında olan əhali qrupları arasında müşahdə olunur.
www.anews.az
























