8103-ə göndərilən məzmunsuz SMS-lərin sayı azalıb - VİDEO

Evdən çıxmaq üçün icazənin alındığı 8103 qısa nömrəsinə göndərilən mesajların sayında azalma müşahidə olunur. Səbəb isə rayonlarda ləğv olunan məhdudiyyətlərin bəzən SMS-lə icazənin hələ də qüvvədə qaldığı şəhər və rayon sakinləri tərəfindən yanlış anlaşılmasıdır.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev Baku.Tv-yə bildirib ki, bu günə kimi "8103” qısa nömrəsinə 27 milyon 577 min SMS göndərilib:
"Əvvəlki günlərdən fərqli olaraq, bunlardan cəmi 23 faizi məzmunsuz SMS-lərdir. Bu da onu göstərir ki, insanlar həmin sistemə alışıb. Eyni zamanda, bu günlərdə əməkdaşlar üçün alınan icazələrin sayı da artıb”.
www.anews.az
























