• $
  • €
  • ₽
  • ₺
  • £

"Avtoşluq" edərək "protiv" gedən sürücü həbs edildi - VİDEO

"Avtoşluq" edərək "protiv" gedən sürücü həbs edildi - VİDEO
05.05.2020 15:56
Məhkəmənin qərarı ilə 25 gün həbs olunub

İki gün öncə paytaxt yollarında müxtəlif qayda pozuntuları nümayiş etdirərək avtoxuliqanlıq edən 90 HS 500 dövlət qeydiyyat nişanlı "Hyundai” markalı avtomobilin sürücüsü həbs edilib. 

Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a verilən məlumata görə, paytaxt ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər sürücülərə təhlükə yaradan, cəmiyyətə açıqca hörmətsizlik edən sürücü barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbir görülüb.

İdarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, araşdırılma nəticəsində  avtoxuliqanlıq edən sürücünün Nəcəfli Fəqan Əfqan oğlu olduğu müəyyən edilib.

"Hyundai” markalı avtomobili idarə edərək yollarda intizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan şəxs barəsində yol polisi tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib. 4 may 2020-ci il tarixində məhkəmənin qərarı ilə Nəcəfli Fəqan barəsində bir il sürücülük hüququndan məhrum edilməklə 25 gün müddətində inzibati həbs tədbiri seçilib.


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prokurorluqda işə qəbul üzrə yazılı imtahanın tarixi dəyişdirilib
Cəmiyyət 18:09
Prokurorluqda işə qəbul üzrə yazılı imtahanın tarixi dəyişdirilib
Tovuzda hamilə qadın bıçaqlanıb
Cəmiyyət 17:26
Tovuzda hamilə qadın bıçaqlanıb
Maliyyə Nazirliyi 9 ayda 114 hüquqi aktın layihəsini hazırlayıb
Cəmiyyət 15:22
Maliyyə Nazirliyi 9 ayda 114 hüquqi aktın layihəsini hazırlayıb
Payız tətili başlayır
Cəmiyyət 15:13
Payız tətili başlayır
Yol-nəqliyyat hadisələrinin 41,1 %-i piyadavurma hadisələridir
Cəmiyyət 13:40
Yol-nəqliyyat hadisələrinin 41,1 %-i piyadavurma hadisələridir
Ağsunun kəndlərində bəzi məktəblər acınacaqlı vəziyyətdədir - deputat
Cəmiyyət 13:30
Ağsunun kəndlərində bəzi məktəblər acınacaqlı vəziyyətdədir - deputat
Fermer 4 manat subsidiya almaq üçün 500 heyvan saxlamalıdır - deputatdan irad
Cəmiyyət 13:14
Fermer 4 manat subsidiya almaq üçün 500 heyvan saxlamalıdır - deputatdan irad
Deputat dərsliklərlə bağlı hesabat verilməsini istəyib
Cəmiyyət 13:00
Deputat dərsliklərlə bağlı hesabat verilməsini istəyib
Vətəndaşların sosial problemləri qurumlar arasında həll olunmamış qalır - deputat
Cəmiyyət 12:52
Vətəndaşların sosial problemləri qurumlar arasında həll olunmamış qalır - deputat
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol