• $
  • €
  • ₽
  • ₺
  • £

Qazaxıstan sərhədçilərinin öldürdüyü vətəndaşımızın nəşi bu gün təhvil veriləcək

Qazaxıstan sərhədçilərinin öldürdüyü vətəndaşımızın nəşi bu gün təhvil veriləcək
05.05.2020 16:52
Bu ilin 30 aprel tarixində Xəzərə dənizində Qazaxıstan Respublikası Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinin Sahil Mühafizəsinin əməkdaşları tərəfindən Azərbaycan Respublikasının vətəndaşlarının saxlanılması zamanı silah tətbiq etməsi nəticəsində həyatını itirmiş Qəhrəman İbrahimovun nəşi 5 may tarixində, ölkəmizin diplomatik nümayəndəliyinin iştirakı ilə Qazaxıstan Respublikasının Milli Təhlükəsizlik Komitəsinin Manqistau əyaləti üzrə Sərhəd Xidmətinin hərbi gəmisi ilə Azərbaycan tərəfinə təhvil verilməsi məqsədilə yola düşüb.

Azərbaycan Xarici işlər Nazirliyindən Anews.az-a verilən məlumata görə, vətəndaşımızın nəşi Xəzər dənizinin ümumi su məkanında bu gün Azərbaycan Respublikasının Sərhəd Xidmətinin hərbi gəmisinə təhvil veriləcək.

"Azərbaycan ərazisinə gətirildikdən sonra vətəndaşın nəşi ailəsinə veriləcək. Qeyd etmək istərdik ki, Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyindən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə daxil olmuş notada baş vermiş insident zamanı həyatını itirmiş Azərbaycan vətəndaşı Qəhrəman İbrahimovun ailəsinə başsağlığı bildirilir, eləcə də Qazaxıstan tərəfindən sözügedən insidentin hərtərəfli və obyektiv araşdırıldığı və nəticələr barədə Azərbaycan tərəfinin məlumatlandırılacağı qeyd olunur”, - deyə məlumatda qeyd olunub.
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prokurorluqda işə qəbul üzrə yazılı imtahanın tarixi dəyişdirilib
Cəmiyyət 18:09
Prokurorluqda işə qəbul üzrə yazılı imtahanın tarixi dəyişdirilib
Tovuzda hamilə qadın bıçaqlanıb
Cəmiyyət 17:26
Tovuzda hamilə qadın bıçaqlanıb
Maliyyə Nazirliyi 9 ayda 114 hüquqi aktın layihəsini hazırlayıb
Cəmiyyət 15:22
Maliyyə Nazirliyi 9 ayda 114 hüquqi aktın layihəsini hazırlayıb
Payız tətili başlayır
Cəmiyyət 15:13
Payız tətili başlayır
Yol-nəqliyyat hadisələrinin 41,1 %-i piyadavurma hadisələridir
Cəmiyyət 13:40
Yol-nəqliyyat hadisələrinin 41,1 %-i piyadavurma hadisələridir
Ağsunun kəndlərində bəzi məktəblər acınacaqlı vəziyyətdədir - deputat
Cəmiyyət 13:30
Ağsunun kəndlərində bəzi məktəblər acınacaqlı vəziyyətdədir - deputat
Fermer 4 manat subsidiya almaq üçün 500 heyvan saxlamalıdır - deputatdan irad
Cəmiyyət 13:14
Fermer 4 manat subsidiya almaq üçün 500 heyvan saxlamalıdır - deputatdan irad
Deputat dərsliklərlə bağlı hesabat verilməsini istəyib
Cəmiyyət 13:00
Deputat dərsliklərlə bağlı hesabat verilməsini istəyib
Vətəndaşların sosial problemləri qurumlar arasında həll olunmamış qalır - deputat
Cəmiyyət 12:52
Vətəndaşların sosial problemləri qurumlar arasında həll olunmamış qalır - deputat
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol