• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda avtomobillərin parklanma qiyməti müəyyənləşdi

Azərbaycanda avtomobillərin parklanma qiyməti müəyyənləşdi
15.07.2014 17:15
“Hazırda Bakıda quraşdırılan “Park-manat”ların sayı 178-ə çatıb”.Bunu APA-ya açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin rəisi Həsən Abdullayev deyib. Onun sözlərinə görə, müvəqqəti dayanacaqlarda “Park-manat”lar vasitəsilə ödənişlər əsasən 3 zona üzrə müəyyənləşib və burada qiymətlər zonalar üzrə dəyişir: “1-ci zonada müvəqqəti dayanacaqdan istifadə müddətinin saatı 1 manat, 2-ci zonada 50 qəpik, 3-cü zona üzrə isə 30 qəpik təşkil edir. Avtomobillərin hərəkətindən asılı olaraq bəzi küçələrdə bu qiymət 20 qəpik müəyyənləşib. Yəni təxminən “İçərişəhər”, Nizami küçəsi mərkəz sayıldığından, orda qiymətlər 1 manat olacaq. Metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığı, “Yasamal”, “Gənclik” 2-ci zonaya aiddir. Qalan ərazilər isə mərkəzdən kənar olduğundan, 3-cü zona sayılır”. H.Abdullayev onu da əlavə edib ki, şəhər mərkəzində bir “Park-manat” ərazisində müvəqqəti dayanacaqdan istifadə limiti 4 saatdır: “Bəzi ərazilərdə isə limitsiz olacaq”.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol