• $ 1.7
  • € 2.0386
  • ₽ 0.022208
  • ₺ 0.0392
  • £ 2.3529

Azərbaycanda koronavirusa yoluxan qadının ərindən gözlənilməz əməl

Azərbaycanda koronavirusa yoluxan qadının ərindən gözlənilməz əməl
02.06.2020 15:21
Samuxda koronavirusa yoluxan qadının əri həkim briqadasına yaba ilə hücum edib.

APA-nın məlumatına görə, hadisə ötən gün qeydə alınıb.

Samux Rayon Mərkəzi Xəstəxanasının həkim briqadası polis əməkdaşlarının müşayiəti ilə rayonun Füzuli kəndində koronavirusa yoluxmuş bir qadını müalicə üçün xüsusi karantin xəstəxanasına yerləşdirmək məqsədi ilə onun yaşadığı ünvana gedib. Bu zaman qadının həyat yoldaşı həkim briqadasının işinə maneçilik törədərək müqavimət göstərib və əlindəki yaba ilə onlara hücum edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov APA-ya açıqlamasında faktı təsdiqləyib. Bildirib ki, həkimlərə hücum edən kişi dərhal zərərsizləşdirilib:  "Həkimləri müşayiət edən polis əməkdaşları dərhal hadisəyə müdaxilə edib və həyatlarını riskə ataraq hücum edən şəxsi zərərsizləşdirərək saxlayıblar”.

E.Zahidov həmçinin qeyd edib ki, koronavirusa yoluxan qadın xüsusi karantin xəstəxanasına yerləşdirilib.

Qadın ərinin barəsində isə İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə inzibati protokol tərtib edilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Küləklə bağlı sarı xəbərdarlıq edilib
Cəmiyyət 16:34
Küləklə bağlı sarı xəbərdarlıq edilib
Magistral yollarında görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 16:27
Magistral yollarında görünüş məsafəsi məhdudlaşacaq
Ürək transplantasiyası Azərbaycanda icbari tibbi sığorta ilə əlçatan olub
Cəmiyyət 16:18
Ürək transplantasiyası Azərbaycanda icbari tibbi sığorta ilə əlçatan olub
Bakıda mənzildə meyit tapılıb
Cəmiyyət 15:30
Bakıda mənzildə meyit tapılıb
Faktiki hava açıqlanıb
Cəmiyyət 13:54
Faktiki hava açıqlanıb
Sabahın hava proqnozu
Cəmiyyət 12:47
Sabahın hava proqnozu
Ucarda saxlanılan şəxsdən odlu silah və narkotik vasitə aşlarlandı
Cəmiyyət 12:25
Ucarda saxlanılan şəxsdən odlu silah və narkotik vasitə aşlarlandı
Bakıda restoran yanıb
Cəmiyyət 11:37
Bakıda restoran yanıb
Biləsuvarın bəzi ərazilərində işıq olmayacaq
Cəmiyyət 11:01
Biləsuvarın bəzi ərazilərində işıq olmayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol