• $ 1.7
  • € 1.9983
  • ₽ 0.022141
  • ₺ 0.0388
  • £ 2.2849

Azərbaycandan bu il Həcc ziyarəti - OLMAYA BİLƏR

Azərbaycandan bu il Həcc ziyarəti - OLMAYA BİLƏR
03.06.2020 20:30
Bu il Azərbaycandan Həcc ziyarəti baş tutmaya bilər.


Anews.az xəbər verir ki, bu barədə Trend-ə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.

Qeyd olunub ki, hələ ki, Həcc ziyarəti ilə bağlı Səudiyyə Ərəbistanından heç bir bildiriş gəlməyib və əgər cavab olmasa, deməli bu il Həcc ziyarəti təşkil edilməyəcək:

"Həcc ziyarəti müəyyən prosedur əsasında baş tutur, yəni sənəd qəbulu, aviareyslərin təşkili və s. Bütün bunlar vaxt tələb edən məsələlərdir. Əgər bu ay ərzində Səudiyyə Ərəbistanından bildiriş gəlsə və sənəd qəbulu bərpa olunsa, Həcc ziyarəti baş tuta bilər, ancaq növbəti ay gec olur. Qurban bayramı ildə bir dəfə olur və o zaman Həcc ziyarəti baş tutmalıdır".

Azərbaycanda karantin rejimi tətbiq olunana qədər 250-dən çox insan Həcc ziyarətinə getmək üçün müraciət edib. Martın 24-dən karantin rejimi tətbiq edildikdən sonra Həcc ziyarətinə sənəd qəbul edilmir.

Ümumilikdə isə Həcc ziyarətinə sənəd qəbuluna yanvarın 27-də başlanmışdı.

Ziyarətin qiyməti 4 490 dollardır. Ötən il isə bu məbləğ 4 285 dollar olub. Builki qiymət artımı hotel xidmətlərinin bahalaşması və viza rüsumunun tətbiq edilməsi ilə bağlıdır.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu gün Su çərşənbəsidir
Cəmiyyət 00:02
Bu gün Su çərşənbəsidir
Bu yollarda hərəkət 2 günlük məhdudlaşdırılır
Cəmiyyət 21:05
Bu yollarda hərəkət 2 günlük məhdudlaşdırılır
Şəkidə yaşayış binasında yanğın baş verib
Cəmiyyət 21:01
Şəkidə yaşayış binasında yanğın baş verib
Ramazanın altıncı günün duası - İmsak və iftar vaxtı
Cəmiyyət 20:46
Ramazanın altıncı günün duası - İmsak və iftar vaxtı
Azerbaijani students won 6 medals at international programming competition
Cəmiyyət 19:56
Azerbaijani students won 6 medals at international programming competition
Bakı aeroportunda yeni terminal inşa ediləcək
Cəmiyyət 18:22
Bakı aeroportunda yeni terminal inşa ediləcək
Kamran Əliyev Gürcüstana səfərə gedib
Cəmiyyət 18:09
Kamran Əliyev Gürcüstana səfərə gedib
Müşfiq Abbasov həbs edildi
Cəmiyyət 18:05
Müşfiq Abbasov həbs edildi
Baş Prokurorluq sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edib
Cəmiyyət 17:13
Baş Prokurorluq sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol