• $
  • £

Baş Prokurorluq sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edib

Baş Prokurorluq sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edib
23.02.2026 17:13

Baş Prokurorluq vətəndaşlara və sosial şəbəkə istifadəçilərinə müraciət edərək internet resurslarından istifadə zamanı etik normalara riayət etməyə çağırıb.

Qurumdan verilən məlumata görə, müraciətdə bildirilib ki, son dövrlərdə ictimai xadimlər, vətəndaş cəmiyyətinin fəal üzvləri və müvafiq dövlət strukturları tərəfindən internet informasiya ehtiyatlarında cəmiyyətdə qəbul edilmiş birgə yaşayış qaydalarına və etik davranış standartlarına sadiqlik nümayiş etdirilməsinin vacibliyi geniş təbliğ edilməkdədir: "Lakin təəssüflə qeyd olunmalıdır ki, bu sistemli çağırışlara məhəl qoymayan, cəmiyyətə qarşı açıqca hörmətsizlik nümayiş etdirən və milli-mənəvi dəyərlər sistemimizi hədəf alan müəyyən qrup şəxslər hələ də mövcuddur. İnternet informasiya məkanını dəyərsiz və əxlaq normalarına zidd paylaşımları və yayımları ilə çirkləndirən bu cür fəaliyyətlər, dövlət tərəfindən qorunan ictimaiyyətin mənəvi sağlamlığına ciddi təhdid yaradır".

Qeyd olunub ki, xüsusilə, ailə institutunun müqəddəsliyini sarsıdan, ailədaxili münasibətlərin təhrif edilmiş görüntülərini tirajlayan və normal ünsiyyət etikasına sığmayan ifadə tərzi nümayiş etdirən hallar kəskin hüquqi reaksiya doğurur:

"Bu neqativ əməllərin qarşısının alınması məqsədilə qanunvericilik bazasında konkret tənzimləmə mexanizmləri müəyyən edilib. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsinə əsasən, internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda:

- ictimai mənəviyyatı təhqir edən və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsi;

- əxlaqsız ifadələrin səsləndirilməsi və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsi;

- insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsi ciddi inzibati məsuliyyət yaradır.

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən həyata keçirilən hüquqi tədbirləri çərçivəsində, sözügedən maddənin tələblərini pozaraq mənəviyyatı təhqir edən hərəkətlərə yol vermiş 6 nəfər müəyyən edilərək inzibati məsuliyyətə cəlb edilib. Aparılan hüquqi icraatın nəticəsi olaraq, aidiyyəti məhkəmələr tərəfindən onlardan 4-ü barəsində inzibati həbs, 2-si barəsində isə inzibati cərimə tənbeh növləri tətbiq olunub.

Göstərilənləri nəzərə alaraq Baş Prokurorluq vətəndaşlarımıza müraciət edərək bir daha bildirir ki, virtual məkan hüquqdan kənar və ya nəzarətsiz bir zona deyildir. Ona görə də vətəndaşlarımızı, xüsusilə sosial şəbəkə istifadəçilərini bu kimi neqativ davranışlardan uzaq durmağa, internet resurslarından istifadə zamanı etik normalara və qanunvericiliyin tələblərinə ciddi riayət etməyə səsləyirik.

Unutmayın ki, hər bir kəs rəqəmsal mühitdə etdiyi çağırış və paylaşdığı məzmuna görə qanunla məsuliyyət daşıyır. Milli mənəviyyatımızı hədəf alan hər bir qanunazidd əmələ qarşı bundan sonra da ciddi tədbirlər görüləcək", - məlumatda deyilir. 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 99 minə yaxın şagird monitorinqə cəlb olunub
Cəmiyyət 12:13
Bakıda 99 minə yaxın şagird monitorinqə cəlb olunub
Bir həftədə nə qədər ərazi minadan təmizlənib? - rəsmi
Cəmiyyət 11:33
Bir həftədə nə qədər ərazi minadan təmizlənib? - rəsmi
Ermənistanın internet trafiki qismən Azərbaycan üzərindən keçəcək
Cəmiyyət 11:21
Ermənistanın internet trafiki qismən Azərbaycan üzərindən keçəcək
Beş ayda bu qədər uşağa reabilitasiya xidmətləri göstərilib
Cəmiyyət 10:59
Beş ayda bu qədər uşağa reabilitasiya xidmətləri göstərilib
İki gündə 90 cinayətin üstü açılıb
Cəmiyyət 10:44
İki gündə 90 cinayətin üstü açılıb
Son bir ildə abort edənlərin sayı 21%-i keçib
Cəmiyyət 10:00
Son bir ildə abort edənlərin sayı 21%-i keçib
Masazırda motosiklet sürücülərinə qarşı reyd keçirilib, 45 nəfər saxlanılıb
Cəmiyyət 22:05
Masazırda motosiklet sürücülərinə qarşı reyd keçirilib, 45 nəfər saxlanılıb
Diplomatik xidmətə qəbul üzrə müsabiqənin birinci mərhələsi keçirilib
Cəmiyyət 18:10
Diplomatik xidmətə qəbul üzrə müsabiqənin birinci mərhələsi keçirilib
Dübəndidə dəniz sahilinin neftlə çirklənməsinin səbəbi açıqlanıb
Cəmiyyət 15:31
Dübəndidə dəniz sahilinin neftlə çirklənməsinin səbəbi açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol