• $
  • €
  • ₽
  • ₺
  • £

ASAN xidmət Prezidentin rüşvət söhbətini təsdiqlədi

ASAN xidmət Prezidentin rüşvət söhbətini təsdiqlədi
12.07.2014 10:15
“ASAN xidmətin səyyar avtobusları getdiyi bölgədə dəfələrlə olub ki, nəzərdə tutulmuş müddətdən daha çox qalıb. Səbəb isə yerli camaatın müraciətlərinin həddən artıq çox olmasıdır”.Bu sözləri Axar.az-a ASAN xidmətin mətbuat xidmətinin rəhbəri Anar Hüseynov Prezident İlham Əliyevin Nazirlər Kabinetinin müşavirəsində bölgə camaatının rayonlara səfər edən ASAN xidmətin səyyar avtobuslarını digər bölgələrə getməyə qoymaması ilə bağlı sözlərinə fikir bildirərkən dedi.Onun sözlərinə görə, bölgələrdə ASAN xidmətin səyyar avtobuslarına həddindən çox ehtiyac var:“Ötən il iyun ayının 1-də dekabr ayına kimi 21 məntəqədə 37 rayon sakininə xidmət göstərilib. Bu il isə aprel ayından başlayaraq 17 məntəqədə 19 rayon sakininə xidmət göstərmişik. Mütəmadi olaraq bir rayonda 10-12 gün qalıb vətəndaşları qəbul edirik. Daha sonra isə digər bölgələrə yollanırıq. ASAN səyyar xidmət bölgələrə getdikdə vətəndaşların bizim xidmətə olan tələbatı tam şəkildə hiss olunur. Həddindən artıq fəallıq göstərir vətəndaşlar. Ötən ildən başlanılan bu prosesi gələcəkdə də davam etdirməyə çalışacağıq”.A.Hüseynov qeyd edir ki, bölgələrə səfər edən ASAN xidmətin avtobuslarına gün ərzində 150-300 vətəndaş müraciət edir:“Bu müraciətlərdə vətəndaşlar həddindən artıq aktivlik göstərir. Ümumilikdə son üç ay ərzində 36 mindən çox müraciət olub. Bu, təkcə bölgələrə səfər edən səyyar avtobuslarımıza olan müraciətlərin sayıdır”.Mətbuat xidmətinin rəhbəri bildirir ki, müraciətlərin sayı çox olduğu zaman səyyar avtobuslar nəzərdə tutulmuş müddətdən artıq həmin bölgədə qalır. “Dünəndən başlayaraq iyul ayının 23-nə kimi Zaqatala, Balakən və Qax rayon sakinlərinə ASAN xidmət səyyar formada xidmət göstərəcək. Bu gündən həmin bölgələrdə xidmət göstəriləcək günlərin sayı artırılıb. Buna səbəb bölgə vətəndaşlarının çoxsaylı müraciətidir. Bir neçə dəfə yerli camaatın müraciətinin çoxluğu səbəbilə xidmət vaxtı bir qədər uzadılıb. Nəzərdə tutulmuş gündən də artıq həmin rayonda qalmalı olmuşuq”.Qeyd edək ki, Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında çıxışı zaman korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizədə ASAN xidmət sayəsində köklü dəyişiklərə nail olunub: “Bu sistem cəmiyyətə yeni bir ab-hava, ictimai xidmətlər sahəsinə yenilik gətirdi. Biz indi səyyar avtobusları bölgələrə göndəririk. Mənə yerlərdən məlumat gəlir ki, orada insanlar bu avtobusları bir bölgədən başqa bölgəyə getməyə qoymurlar. Nə üçün? Çünki orada onlardan rüşvət tələb edilir”. ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol