• $
  • €
  • ₽
  • ₺
  • £

Mehriban Əliyeva Kannda mükafat verdi - FOTOLAR

Mehriban Əliyeva Kannda mükafat verdi - FOTOLAR
11.07.2014 20:43
Bu gün Fransanın Kann şəhərində Azərbaycan mədəniyyəti günləri çərçivəsində "Bakı-2015" ilk Avropa Oyunlarına həsr olunan yürüş keçirilib.Kann şəhərinin məşhur Kruazet bulvarında təşkil olunan yürüşə hazırlıq səhər saatlarında iştirakçıların siyahıya alınması və onlara üzərində "Bakı-2015 - ilk Avropa Oyunları" sözləri yazılmış idman formalarının paylanması ilə başlayıb. Onlarla şəhər sakininin, turistlərin qatıldığı yürüşdə iştirak etmək üçün təxminən 100-dən çox şəxs qeydiyyatdan keçib.Mərasimdə çıxış edən Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarının ölkəmizdən kənarda baş tutan ilk təqdimatının uğurlu olduğunu diqqətə çatdırıb. Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın da iştirak etdiyi və Kruazet bulvarı boyunca davam edən yürüşə start verilib.Azərbaycan 2015-ci ildə daha bir mötəbər idman yarışına ev sahibliyi edəcəkdi. İlk Avropa Oyunları Bakıda keçiriləcəkdi. Avropa Olimpiya Komitəsinin bununla bağlı qərarı beynəlxalq idman ictimaiyyətinin ölkəmizin Olimpiya hərəkatında oynadığı rola, idmanın inkişafına göstərdiyi yüksək dəstəyə verilən önəmin təzahürüdür. Digər tərəfdən, Bakının 2015-ci il Avropa Oyunlarının keçirilməsi üçün böyük potensiala malik olmasını beynəlxalq idman təşkilatları da artıq təsdiqləyib. Bunu şərtləndirən əsas amillər isə ölkəmizin qədim tarixə, zəngin mədəniyyətə, əlverişli coğrafi mövqeyə, güclü idman infrastrukturuna, ən başlıcası beynəlxalq yarışları keçirmək təcrübəsinə malik olmasıdı.Finiş xəttinə birinci olaraq Kannın gənc sakini Maksons Vadelin çatıb. Yürüşü ikinci başa vuran isə Fransada təhsil alan həmyerlimiz F.Abuzərli olub.Daha sonra qaliblərin mükafatlandırma mərasimi keçirilib.Yürüşün qaliblərinə fəxri fərman və gələn il keçiriləcək ilk Avropa Oyunlarına baxmaq üçün Bakıya səfər biletləri təqdim olunub. Birinci yeri tutan Maksons Vadelinə mükafatı Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva təqdim edib.Maksons Vadelin deyib: "Çox sevinirəm. Güclü qaçış həvəskarları arasında birinci olmaq həqiqətən də sevindiricidir. İndi bu sevincə gələn il keçiriləcək Avropa Oyunları zamanı sizin ölkənizə gəlmək də əlavə olundu. İnanıram ki, haqqında çox eşitdiyim paytaxtınız Bakı mənim xatirimdə silinməz iz buraxacaq".Sonda Heydər Əliyev Fondunun hədiyyəsi olan elektromobilin sahibinin lotereya əsasında yürüş iştirakçıları arasından müəyyən olunması ilə bağlı oyun keçirilib. Kann sakini xanım Martin Mağmadanın bəxti üzünə gülmüş və o, maşına sahib olub.Bu mərasim bir daha təsdiqləyib ki, beynəlxalq və iqtisadi əhəmiyyəti ilə seçilən Avropa Oyunları ölkəmizin yürütdüyü idman siyasətinə dünyada verilən önəmin təzahürüdü. Digər tərəfdən bu, dünya idman aləminə əsas mərkəzlərdən biri kimi daxil olan ölkəmizdə idmana münasibətin hər zaman yüksək səviyyədə olmasına sübutdu.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol