TQDK buraxılış imtahanlarının statistikasını açıqladı - Son 3 il üçün

2012-ci il | 2013-cü il | 2014-cü il | ||||
9-cu siniflər üzrə | 11-ci siniflər üzrə | 9-cu siniflər üzrə | 11-ci siniflər üzrə | 9-cu siniflər üzrə | 11-ci siniflər üzrə | |
İmtahanda iştirak edənlərin sayı | 117363 | 78539 | 117275 | 86632 | 111868 | 83093 |
Hər iki fənn üzrə müvəffəq qiymət alanların sayı (faizi) | 59000 (50.27%) | 54114(68.90%) | 68497(58.41%) | 62494(72.14%) | 69400 (62.04%) | 61579 (74.11%) |
Ana dili fənni üzrə müvəffəq qiymət alanların sayı (faizi) | 84217 (71.76%) | 64891(82.62%) | 79583(67.96%) | 69230(80.10%) | 84007 (75.22%) | 69016 (83.33%) |
Riyaziyyat fənni üzrə müvəffəq qiymət alanların sayı (faizi) | 68461 (58.33%) | 58350(74.29%) | 81970(69.90%) | 69315(80.01%) | 78324 (70.01%) | 66681 (81.25%) |
TQDK sədri mətbuat konfransında bildirib ki, əvvəlki illərdə olduğu kimi, bu il də buraxılış imtahanlarından əvvəl şagirdlərə kömək məqsədilə ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün - Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili) və riyaziyyat fənləri üzrə hazırlanmış test tapşırığı nümunələri, buraxılış imtahanlarında təqdim ediləcək yazı işlərinin mövzuları və yazı işinin qiymətləndirilməsi üçün müəyyənləşdirilmiş meyarlar TQDK-nın internet saytında yerləşdirilib.
2014-cü ildə TQDK tərəfindən 3-cü dəfə Respublika üzrə mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirilib.ANN.Az
Son xəbərlər 
Daha çox 























