• $
  • €
  • ₽
  • ₺
  • £

Avropanın bir çox şəhərlərini qabaqlayan Bakı - Bahalığına görə

Avropanın bir çox şəhərlərini qabaqlayan Bakı - Bahalığına görə
10.07.2014 17:27
Dünyada əcnəbilər üçün ən bahalı şəhərlər siyahısına Afrikanın iki şəhəri başçılıq edir.Anqolanın paytaxtı Luanda və Çadın paytaxtı Ncamena əslində elə də varlı sayılmasalar da, siyahının başında dururlar.Mercer təşkilatı illik reytinqini açıqlayıb.ƏN UCUZ MƏKAN-PAKİSTANReytinqdə Afrikadan sonra Avropa və Asiya şəhərləri gəlir. Honq Konq 3-cü, Sinqapur 4-cü yerdədir. Sürix 3 pillə irəli çıxaraq beşinci yerdə qərarlaşıb. Cenevrə 6-cı yerdədir. Tokio dörd pillə düşərək 7-ci yeri tutub.Pakistan əcnəbilər üçün ən ucuz məkan sayılır. Reytinqin hesablandığı 211 şəhər içində Karaçi sonuncu yerdə qərarlaşıb.211 şəhərdə 200 məhsul və xidmətin qiyməti müqayisə olunub. Buraya ev, nəqliyyat, ərzaq, geyim, ev əşyaları və əyləncə xərcləri daxildir. BAKI VƏ PRAQANIN FƏRQİMoskva 9, Bakı 46, Yerevan 187, Tbilisi 194-cü bahalı şəhərdir. Keçən il Bakı 57-ci yerdə idi. Bir il ərzində 11 pillə irəliləyib. Bahalığa görə, Bakı bəzi Avropa şəhərlərindən öndə gedir. Belə ki, Praqa 92, Brüssel və Lüksemburq 56, Berlin 68-ci yerdədir.Siyahı ilə tam şəkildə bu linkdə tanış ola bilərsiniz.«Mercer» Beynəlxalq Konsaltinq Şirkəti 1975-ci ildə yaranıb. Mənzil qərargahı Nyu-Yorkdadır.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol