• $
  • €
  • ₽
  • ₺
  • £

"Qara polkovnik"in xanımı Ramil Usubova müraciət edib

"Qara polkovnik"in xanımı Ramil Usubova müraciət edib
10.07.2014 11:26
"Qapa polkovnik" kimi tanınan və 2004-cü ildə Hacı Məmmədovun dəstəsi tərəfindən evinin qarşısında qətlə yetirilən Fətullah Hüseynovun həyat yoldaşının torpaq sahəsi əlindən alınıb.İnterpress.az-a daxil olan məlumata görə, torpaq sahəsinin F.Hüseynovun xanımı Eleonora Hüseynovanın əlindən alınmasında iştirak edən şəxs özünü DİN əməkdaşı kimi təqdim edib. E.Hüseynovanın vəkili Kamandar Nəsibovun İnterpress.az -a verdiyi məlumata görə, Səbail rayon İcra Hakimiyyəti başçısının 1194 nömrəli, 20 aprel 1995-ci il tarixli sərəncamı ilə Hüseynova Eleonora İsmayıl qızı və Əliyev Eldar Əli-Rza oğluna Bakı şəhər Badamdar qəsəbəsində fərdi ev tikintisi üçün hər birinə 600 kv.m olmaqla torpaq sahəsi ayrılıb. Torpaqlar yanaşı olduğu üçün Hüseynova Eleonora İsmayıl qızı və Əliyev Eldar Əli-Rza oğlu tərəfindən usta Rüstəmov Rövşən Abbas oğlunun vasitəsi ilə ümumi hasar çəkilib. Hər iki sahənin sərhədindən əlavə hasar çəkilməklə torpaq sahələri sərəncamda göstərilən kv.metrə uyğun olaraq bölünüb. Həmin torpaq sahələri daim Hüseynova Eleonora və Əliyev Eldar Əli-Rza oğlunun sahibliyində və istifadəsində olub. 12 may 2012-ci il tarixdə Əliyev Eldar Əli-Rza oğlunun vəfat etməsindən sonra onun qızı Əliyeva Leyla mirası qəbul edərək torpaq sahəsinə faktiki sahiblik edib. Keçən 19 il müddətində Rüstəmov Rövşən adlı şəxs hər iki torpaq sahəsinə qulluq edib. Həmin müddət ərzində hər hansı bir şəxs və ya şəxslər Hüseynova Eleonora və Əliyev Eldara qarşı torpaq sahəsinin onların mülkiyyətində olması barədə tələb irəli sürməyib. Lakin 2013-cü ilin noyabr-dekabr aylarında torpaq sahəsinə baxan Rüstəmov Rövşən Hökməli adlı maklerin hər iki torpaq sahəsini başqa adama satdığını bildirib: "Araşdırmalar nəticəsində məlum olub ki, bütün bunların başında duran şəxs Qubadov Asif Səmədəli oğludur. Həmin şəxs özünü Daxili İşlər Nazirliyində xidmət edən, polis polkovniki kimi təqdim edir. O, Ağayeva Gülxarə Xalidista qızı, Ağayev İlham Xalidista oğlu və Məmmədov Fəridə Əlisəmid oğlunun adlarına sərəncamları əldə edərək etibarnamə ilə həmin torpaq sahələrini özəlləşdirib. Daha sonra həmin torpaq sahələrini öz yaxınlarına sataraq onların adlarına rəsmiləşdirib və həmin sahələrə faktiki sahiblik etməyə başlayıb. Bu qanunsuzluqlarda ona Vəzir və Hökməli adlı şəxslər yaxından köməklik göstərib. Hər 3 etibarnamənin və alqı-satqı müqavilələrinin eyni tarixdə, bir-biriylə ardıcıl olaraq notariat orqanlarında qeydiyyata salınması şübhə yaratmaya bilmir". Qubadov Asifin öz və təmsil etdiyi orqanın statusundan istifadə edərək qanunsuz olaraq torpaq sahələri əldə etdiyini deyən vəkil bildirib ki, hazırda həmin torpaqlarda tikinti-yenidənqurma işləri aparılır: "Qubadov Asif Səmədəli oğlunun öz vəzifəsindən sui-istifadə etməsi, xidməti vəzifəsi və mövqeyindən şəxsi məqsədlər üçün istifadə etməsi, korrupsiyaya şərait yaradan hüquqpozmalar törətməsinin araşdırılması və qanuna müvafiq tədbirlərin görülməsi barədə göstəriş verilməsi üçün Baş Prokuror Zakir Qaralova, Daxili İşlər naziri Ramil Usubova müraciət etmişik".  ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol