• $
  • €
  • ₽
  • ₺
  • £

100 intellektual qadına sertifikat verildi - FOTOLAR

100 intellektual qadına sertifikat verildi - FOTOLAR
08.07.2014 11:21

 

«Qadın Liderliyi Uğrunda» İctimai Birliyi Azərbaycanın 100 intellektual xanımına sertifikat təqdim edib.

Bu sertifikat Birliyin "Azərbaycanda insan kapitalının inkişafı uğrunda: Qadınlar üçün intellektual klubun yaradılması" layihəsi çərçivəsində keçilmiş kursu uğurla başa vurmaq haqqındadır. 

Sözügedən kursda intellektual xanımlara "Karyera quruculuğu, liderlik texnologiyaları, menecerlik, natiqlik, nüfuzetmə, komanda quruculuğu və PR-ın təşkili" istiqamətlərində interaktiv təlimlər keçilib. Kursa qatılan 105 nəfərdən 100-ü bütün təlimlərdə iştirak edib və verilən tapşırıqları uğurla yerinə yetirib. Təlimlər zamanı xanımlara mövzu ilə əlaqədar ABŞ və Avropada geniş tətbiq edilən müasir texnologiyalar tədris edilib.      

 

Qeyd edək ki, sözügedən layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə həyata keçirilir. Layihə ölkədəki intellektual qadınların inkişafını, ictimai-siyasi həyata fəal inteqrasiyasını, dünyadakı qadınlarla rəqabətdə irəli çıxması üçün təşkilatlanması və maarifləndirilməsini hədəfləyir.

Məqsəd ölkənin intellektual qadın potensialını vahid mərkəzə toplayaraq, onları müvafiq istiqamətlərdə maarifləndirərək ölkəmiz və xalqımız üçün faydalı olacaq qüvvəyə çevirməkdir. 

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol