Moskvada azərbaycanlılarla ermənilər arasında daha bir neçə münaqişə yaşanıb

Rusiyanın paytaxtı Moskvada ermənilərlə azərbaycanlılar arasında yenidən münaqişələr olub.
Bu barədə Anews.az Rusiya mətbuatına istinadən xəbər verir.
Bildirilir ki, Bratislavsk küçəsində ermənilər azərbaycanlılara hücum edib.
Məlumata görə, daha bir hadisə Yeni Moskva şəhərində, "Salarevo” metrostansiyasının yaxınlığında qeydə alınıb. Toqquşma zamanı hər iki tərəfdən onlarla insan iştirak edib.
Rusiya mətbuatı şəhərin digər rayonlarında da diaspor təşkilatları nümayəndələri arasında toqquşmaların olduğunu xəbər verib.
www.anews.az
Son xəbərlər
Daha çox 