• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu soydaşlarımıza müraciət edib

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu soydaşlarımıza müraciət edib
25.07.2020 14:56
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiyada yaşayan soydaşlarımıza müraciət edib.

Anews.az xəbər verir ki, səfir bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva bütün azərbaycanlılara müraciət edərək bu günlərdə öz səsini ucaldan və Azərbaycan bayrağını qaldıran hər kəsə təşəkkürünü bildirib. Mehriban xanımın müraciətində bizə qarşı törədilən vandalizm aktlarına görə ürəkağrısı, Azərbaycan nümayəndələrinə qayğı, zorakılığın qəzəblə pislənməsi və zəkaya, dərrakəyə çağırış duyulur.

Azərbaycanın diplomatik missiyasının rəhbərinin müraciətində deyilir: "Rusiyada yaşayan bütün soydaşlarımıza müraciət edirəm, bu qadının, ananın, dövlət xadiminin çağırışı ilə diqqətlə tanış olun, onun sözlərinin mənasına fikir verin”.

Sənəddə deyilir: "Mehriban xanım Əliyeva son hadisələrə siyasi qiymət verərək vurğulayıb ki, baş verən hadisələr Ermənistanın işğalçı siyasətinin dinc Azərbaycan əhalisi üçün nə qədər ciddi təhlükə olduğunu əyani surətdə nümayiş etdirir və bizim borcumuz bu həqiqəti dünya birliyinə çatdırmaqdır.
Müraciətdə qeyd edildiyi kimi bu gün bizim əsas vəzifəmiz birləşmək və son zorakılıq aktlarının ədalətlə təhqiq edilməsini, təqsirkarların məsuliyyətə cəlb olunmasını tələb etməkdir. O xüsusi vurğulayıb ki, heç bir provokasiya bizi haqq yolundan dönməyə məcbur edə bilməz”.

Səfir Rusiyada yaşayan bütün soydaşlarımızı birləşməyə çağırıb. P.Bülbüloğlu deyib: "Provokasiyaları layiqincə dəf etmək üçün biz birlikdə olmalıyıq, lakin bu halda küçə davaları səviyyəsinə enməməliyik. Bizim mübarizəmiz hüquq müstəvisi çərçivəsində aparılmalıdır”.

Diplomat hər kəsin yaşadığı ölkənin qanunlarına riayət etməsinin vacibliyini vurğulayıb. "Siz Rusiyada yaşayırsınız, çoxunuz bu böyük ölkənin vətəndaşlarısınız. Sizdən xahiş edirəm, burada olan qanunlara və qaydalara riayət edin. Pandemiya şəraitində özünüzü ədalətli mübarizə üçün qoruyun, xoşagəlməz vəziyyətə düşməmək üçün qanunları pozmayın, çünki sizinlə bizim bir məqsədimiz var – Vətənin müdafiəsi, onun ərazi bütövlüyünün bərpa edilməsi və tarixi həqiqətin təntənəsi. Biz vətənpərvər əhval-ruhiyyəli soydaşlarımızla fəxr edirik. Haqq-ədalət bizim tərəfimizdədir və o, hökmən zəfər çalacaq! Mən sizin yanınızdayam!”, - deyə P.Bülbüloğlu bəyan edib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol