• $
  • €
  • ₽
  • ₺
  • £

Oruc tutanlar bundan istifadə etməsin

Oruc tutanlar bundan istifadə etməsin
08.07.2014 09:22
“Gün ərzindəki susuzluğun və hərarətin qarşısını almaq üçün imsaqda (obaş) çoxlu çay içmək fikri səhvdir”. Bunu Türkiyədəki pəhriz mütəxəssisi Zərrin Delibaş Tez deyib. Tez, oruc tutanların ramazan ayını sağlam keçirmələri üçün sahurda qəbul etdikləri qidalara diqqət etməli olduqlarını vurğulayıb: “Sahur vaxtı ağır yeməklərdən imtina etmək lazımdır. Əks təqdirdə bədən öz müqavimətini itirər, bağırsaqların fəallığı azalar mədə problemləri özünü göstərər. Bu səbəbdən də yüngül qidalar qəbul etmək lazımdır. İmsaqda əsasən göyərti və sulu yeməklər yemək məsləhətdir. Gün ərzində meydana gələcək susuzluğu və hərarəti azaltmaq üçün çay içmək fikri isə səhvdir. Çayın tərkibində çox miqdarda sodium var. Bu, insanın gün ərzində susamasına səbəb olur”. Çayın tez-tez ayaqyoluna getmək ehtiyacı yaratdığını deyən mütəxəssis bildirir ki, bu vəziyyət bədənin mineral və vitamin tarazlığını pozur.“İnsanda bədənin ehtiyacı olan mayenin vücudda qalmasını təmin edən “ADH” hormonu var. Çay bu hormona təzyiq göstərir və çaydan sonra ayaqyolu ehtiyacı da bu səbəbdən yaranır. Bədənin ehtiyacı olan mayenin çay içdikdən sonra ifraz edilməsi mineral və vitamin itkisini də sürətləndirir. Bu səbəbdən də sahurda çay içmək fikri səhvdir”. Oruc tutacaq insanın sahurda su və sulu qidalar qəbul etməli olduğunu deyən Tez yaşıl bibər, cəfəri və s. bu kimi təbi qidaların da faydalı ola biləcəyini qeyd edib.//Anspress
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol