• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərişıq” təhlükəli obyekt tikən sahibkardan şikayətlənib - FOTO

“Azərişıq” təhlükəli obyekt tikən sahibkardan şikayətlənib - FOTO
27.07.2020 17:06
Abşeron rayonu,  Hökməli-Qobu yolu,  Koroğlu küçəsindən keçən 2 dövrəli 10 kv-luq Elektrik Verliş Xəttinin  mühafizə zonasında 2 mərtəbəli obyekt tikilir və həmin obyektin dam örtüyü adı çəkilən EVX-nə toxunur. 

Anews.az xəbər verir ki, "Azərişıq” ASC mətbuat xidmətindən Unikal.org-a məlumat verilib.

Bildirilir ki, obyekt sahibinə baş verə biləcək yanğın  və hər hansı bədbəxt hadisə ilə əlaqədar olaraq dəfələrlə xəbərdarlıq edilib. 

"Bildiririk ki, belə hallar minlərlə istehlakçının dayanıqlı elektrik enerjisi ilə təminatını təhlükə altında qoyur. Təbii olaraq qaydalara uyğun tikilmədiyi üçün gələcəkdə bu binaya elektrik enerjisinin verilişi mümkün olmayacaq. Bu isə sahibkarın haqsız narazlığına səbəb olacaq. Obyekt sahibi özünün və bu binadan istifadə edəcək digər sakinlərin həyatı üçün hansı təhlükə yaratdığını dərk etsə də qaydalara məhəl qoymaq istəmir və tikintini bu gün də davam etdirib. 
Bu barədə Abşeron rayonu İH-nə və həmçinin hüquq mühafizə orqanlarına rəsmi olaraq məlumat verilib ki, sahibkarın bu özbaşnalığı yolverilməzdir və gələcəkdə böyük təhlükəyə səbəb ola bilər. 

"Azərişıq” ASC bir daha vətəndaşlara müraciət edərək bildirir ki, ev və ya hər hansı bir obyek tikən zaman qaydalara uyğun hərəkət etsinlər, özlərinin və başqalarının həyatı üçün təhlükə yaratmasınlar”, - deyə məlumatda bildirilir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 19:33
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
Cəmiyyət 17:03
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
Binəqədidə iki azyaşlı qızın ölümü qeydə alınıb
Cəmiyyət 16:02
Binəqədidə iki azyaşlı qızın ölümü qeydə alınıb
“Tam Store”da məhsul rəfdə göstərilən qiymətdən baha satılıb
Cəmiyyət 15:44
“Tam Store”da məhsul rəfdə göstərilən qiymətdən baha satılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol