Lerikə qeyri-qanuni yollarla istirahətə gedən 10 nəfər cərimələndi

Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən növbəti reyd zamanı sərtləşdirilmiş karantin rejimi elan olunan digər rayonlardan qaydaları pozaraq, qeyri-qanuni yollarla istirahətə gələn 10 şəxs müəyyən edilib və barələrində müvafiq tədbirlər görülüb.
Həmin şəxslər barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək, cərimə olunublar.
www.anews.az
Son xəbərlər 
Daha çox 























