• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda vətəndaşın koronavirusdan ölən anasını öz maşınında dəfn etməyə aparmasına RƏSMİ CAVAB – VİDEO

Azərbaycanda vətəndaşın koronavirusdan ölən anasını öz maşınında dəfn etməyə aparmasına RƏSMİ CAVAB – VİDEO
30.07.2020 12:08
Gədəbəy rayon, Dəyirməndağ kənd sakini Şadmanov Kamran anansının koronavirusdan öldüyünü və cəsədin dəfn edilməsi üçün ona təhvil verildiyini iddia edir.

Anews.az xəbər verir ki, o bu barədə sosial şəbəkədə video yayımlayaraq qeyd edib. Ş.Kamran anasının Gəncə şəhər, 3 saylı xəstəxanada öldüyünü və koronavirusdan vəfat etmiş şəxslərin dəfn qaydalarının fərqli olduğunu, buna görə özünün də virusa yoluxmasından ehtiyyat etdiyini bildirib.

Məsələ ilə bağlı Cebhe.info-nu sorğusunu Səhiyyə Nazirliyinin Məhkəmə - Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi belə cavablandırıb:

"29.07.2020-ci il tarixdə sosial şəbəkələrdə Gəncə şəhərində çəkilmiş video-görüntü ilə əlaqədar Məhkəmə- Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənovun verdiyi məlumata görə sözügedən hadisədə az müddət xəstəxanada qalmış və vəfat etmiş mərhumun meyiti 29.07.2020-ci il tarixdə, saat 12.00-da Gəncə şəhər Abbas Səhhət adına xəstəxanadan Səhiyyə Nazirliyinin "Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi”nin Gəncə şəhər şöbəsinin meyitxanasına gətirilib.
 
Koronavirus (COVİD-19) infeksiyası səbəbindən vəfat etmiş şəxslərin və ya buna şübhə hallarında meyitlərinin müayinəsi və dezinfeksiyası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 22.03.2020-ci il tarixli, 22 saylı əmrində nəzərdə tutulmuş qaydalara ("COVİD-19 infeksiyasına yoluxma səbəbindən vəfat etmiş şəxslərin meyitlərinin müayinəsi, daşınması və dəfninə dair qaydalar) əsasən həyata keçirilir. Meyitlər "MTE və PA Birliyi”nin respublikanın bütün rayon və şəhər şöbələrinin işçiləri tərəfindən mütləq qaydada müvafiq fərdi mühafizə vasitələrindən (birdəfəlik kombinezon, üz maskası, eynək, ikiqat əlcəklər, uzunboğaz çəkmələr və s.) istifadə etməklə həyata keçirilir.

Bütün bədən səthini əhatə etmək şərtilə meyit əməkdaşlarımız tərəfindən müvafiq məhlullarla dezinfeksiya edilir, sonra təmiz su ilə yuyulur. Meyit az miqdarda quru xlor əhəngindən də istifadə etməklə 5-6 qat polietilenlə bükülərək kip şəkildə bağlanır, bundan sonra isə meyitin məscidlərə, həyətlərə və evlərə aparılmasına ehtiyac olmasın deyə dini adət-ənənələrə uyğun olaraq bir neçə qat ağ bezə (kəfənə) bükülür və bağlanılır.
 
Bütün bunların həyata keçirilməsi üçün isə şöbələrimiz Səhiyyə Nazirliyi tərəfindən lazımi vasitələrlə tam şəkildə təchiz edilmişlər. Bu şəkildə dezinfeksiya edilərək yuyulmuş, bükülərək bağlanmış meyit yoluxuculuq nöqteyi-nəzərdən ətraf mühit üçün tamamilə zərərsiz olur. Bükülmüş meyit daha sonra hüquq-mühafizə orqanları əməkdaşlarının da iştirakı və ya nəzarəti ilə dəfn məqsədilə mərhumun yaxınları tərəfindən təyin edilmiş və gətirilmiş avtomobilə qoyularaq onlara təhvil verilir. Bu barədə dəfələrlə Kütləvi İnformasiya Vasitələrinin köməkliyi ilə istər müsahibə ilə, istərsə də yazılı şəkildə ətraflı bildirişlər verilib, əhali və aidiyyətli qurumlar məlumatlandırılıb. Meyit yaxın adamlarına təhvil verilərkən bu barədə əməkdaşlarımız tərəfindən yerli hüquq-mühafizə orqanlarına, bəzən isə hətta meyitin aparıldığı rayonun da hüquq-mühafizə orqanlarına və Rayon İcra Hakimiyyətlərinə məlumat verilir”.
 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Cəmiyyət 11:47
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Cəmiyyət 11:46
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Cəmiyyət 11:43
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Bakıda yaşayış binasında yanğın başlayıb
Cəmiyyət 11:29
Bakıda yaşayış binasında yanğın başlayıb
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
Cəmiyyət 11:16
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
Cəmiyyət 11:09
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
Cəmiyyət 11:02
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Cəmiyyət 11:00
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol