• $ 1.7
  • € 1.9797
  • ₽ 0.01971
  • ₺ 0.0352
  • £ 2.31

Bakıda kürəyindən bıçaqlanan polislə bağlı rəsmi - AÇIQLAMA

Bakıda kürəyindən bıçaqlanan polislə bağlı rəsmi - AÇIQLAMA
10.08.2020 11:29
Bakıda polis əməkdaşlarına bıçaqla xəsarət yetirilməsi ilə bağlı rəsmi açıqlama verilib.

Xətai rayon prokurorluğunun yaydığı  məlumata görə, avqustun 9-da paytaxtın Xətai rayonu ərazisində polis əməkdaşlarına müqavimət göstərilməsi və bir nəfər polis əməkdaşına xəsarət yetirilməsi ilə bağlı prokurorluğa məlumat daxil olub.

Araşdırmalarla həmin gün saat 02 radələrində həmin vaxt xidmətdə olan Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının 3-cü patrul bölüyünün polis əməkdaşları - Vüsal Məmmədov, Kənan Qurbanlı, Elvin Tağıyev, Nihad Əliyev Xətai rayonu ərazisində bir neçə şəxsin səs-küy salaraq ictimai asayişi pozan hərəkətlərinin qarşısını almaq istəyərkən oradakı şəxslərdən biri olan Elşad Əsədovun polis əməkdaşlarını bıçaqla hədələməsinə, hadisə yerindən qaçmaq məqsədilə polis əməkdaşı Vüsal Məmmədova müqavimət göstərərək onun kürək nahiyəsinə bıçaqla xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə hadisə yerinə baxış keçirilməklə əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb, müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Cinayət işi üzrə zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Leyla və Arzu Əliyevalar klassik avtomobil sərgisində
Cəmiyyət 21:59
Leyla və Arzu Əliyevalar klassik avtomobil sərgisində
Yasamalda elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
Cəmiyyət 21:55
Yasamalda elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
Şimali Kiprdə batan bərədə iki Azərbaycan vətəndaşı olub
Cəmiyyət 19:55
Şimali Kiprdə batan bərədə iki Azərbaycan vətəndaşı olub
Bakıda leysan yağacaq,rayonlara dolu düşəcək
Cəmiyyət 19:50
Bakıda leysan yağacaq,rayonlara dolu düşəcək
BDYPİ leysan yağışları ilə əlaqədar hərəkət iştirakçılarına çağırış edib
Cəmiyyət 19:17
BDYPİ leysan yağışları ilə əlaqədar hərəkət iştirakçılarına çağırış edib
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 16:21
Bu ərazilərdə qaz olmayacaq
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Cəmiyyət 15:33
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Gədəbəydə avtomobil aşıb, xəsarət alanlar var
Cəmiyyət 14:00
Gədəbəydə avtomobil aşıb, xəsarət alanlar var
Sabahın hava proqnozu
Cəmiyyət 12:41
Sabahın hava proqnozu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol