• $
  • €
  • ₽
  • ₺
  • £

"Gələn həftə rayonlara gediş-gəliş və beynəlxalq uçuşlar bərpa oluna bilər" - AÇIQLAMA

"Gələn həftə rayonlara gediş-gəliş və beynəlxalq uçuşlar bərpa oluna bilər" - AÇIQLAMA
10.08.2020 18:44
Hazırda 13 şəhər və rayonda sərt karantin rejimi tədbiq edilir. Son həftələr yoluxmaların sayı xeyli aşağı düşüb. Belə ki, avqustun 9-da 87 nəfər koronavirusa yoluxub, 303-ü isə sağalaraq evə buraxılıb. Gündəlik yoluxanların sayı aşağı düşməkdə davam edərsə gələn həftə rayonlara gediş-gəliş və beynəlxalq uçuşlar bərpa oluna bilərmi?
Bununla bağlı konkret.az-a danışan baş infeksionist Cəlal İsayev bildirib ki, yoluxanların sayı bu cür azalma dinamikası ilə davam edərsə, yəqin ki, bir çox yumşalmalara gedilə bilər: "Amma qeyd etmək istəyirəm ki, istər sərt karatin müddətində, istərsə də yumşalmalar zamanı olsun, bütün hallarda qoyulan qaydalara əməl edilməlidir. İnsanlarımız maska taxmalı və  sosial məsafəni qorumalıdır. Qaydalara əməl edilməsə, fikirləşilsə ki, yumşalmalara doğru gedir, yoluxanların sayı 87-dən də aşağı düşəcək, biz artıq bu xəstəlikdən canımızı qurtarmışıq. Əlbəttə bu yalnış fikir olar. Bütün hallarda biz ehtiyatımızı əldən verməməliyik. Maska taxmalı, sosial məsafə qorunmalı, insanların kütləvi şəkildə toplaşdığı ərazidən uzaq durulmalıdır. Həmçinin gigiyenik qaydalara əməl edilməlidir. Çünki koronavirus tam keçməyib. Kifayət qədər təhdid edəcək qədər izi qalır. Bunu nəzərə alaraq qaydalara ciddi əməl etməliyik. Yoluxanların sayı 87-yə düşüb deyə arxayın olmaq olmaz. Qaydalar müəyyən dövr üçün həyat tərzimizə çevrilməlidir. Koronavirusun peyvəndi tapıldıqdan sonra Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə, digər ölkələrin və özümüzünü təcrübəsinə uyğun olaraq normal həyatımıza qayıda bilərik”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol