• $ 1.7
  • € 1.9545
  • ₽ 0.020926
  • ₺ 0.0385
  • £ 2.263

Qobu və ətraf qəsəbələrdə 80-nə yaxın evdən oğurluq ediblər -VIDEO

Qobu və ətraf qəsəbələrdə 80-nə yaxın evdən oğurluq ediblər -VIDEO
11.08.2020 21:00
Abşeron rayonu Qobu və ətraf qəsəbələrdə ayrı-ayrı vətəndaşlara məxsus fərdi yaşayış evlərindən oğurluq edən şəxslər saxlanılıb. 

Anews.az DİN-ə istinadən xəbər verir ki, Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayonu 28 May qəsəbəsində yaşayan Elçin Əhmədov və Yusif Əsgərov tutularaq istintaqa təqdim olunublar. Bu şəxslər ifadələrində təkcə Abşeron rayonunun kənd və qəsəbəbələrində 60-a yaxın evdən pul, məişət və qızıl-zinət əşyaları oğurladıqlarını bildiriblər. Elçin Əhmədov və Yusif Əsgərovun "fəaliyyəti” bununla da yekunlaşmayıb. Onlar  paytaxtın Qaradağ, Binəqədi və Suraxanı rayonlarında da 20-yə yaxın evdən oğurluq etdiklərini etiraf ediblər. 

Faktla bağlı Qobu Polis Bölməsində toplanan materiallar araşdırlması üçün Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxslərin ətraflarında əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.




www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sumqayıt Musiqi Kolleci məzunları attestasiyada ən zəif nəticə göstərib
Cəmiyyət 12:35
Sumqayıt Musiqi Kolleci məzunları attestasiyada ən zəif nəticə göstərib
“Azərsun Holdinq” “SOS Uşaq Kənd”ində iftar verib
Cəmiyyət 12:30
“Azərsun Holdinq” “SOS Uşaq Kənd”ində iftar verib
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:27
Sabahın hava proqnozu açıqlanıb
İrandan 4 ölkənin vətəndaşları Azərbaycana təxliyə edilib
Cəmiyyət 12:20
İrandan 4 ölkənin vətəndaşları Azərbaycana təxliyə edilib
İlin sonuna qədər beş yeni incəsənət məktəbi açacaq
Cəmiyyət 12:11
İlin sonuna qədər beş yeni incəsənət məktəbi açacaq
Azərbaycanda narkotik cinayətləri üzrə 1,765 fakt aşkarlanıb
Cəmiyyət 11:46
Azərbaycanda narkotik cinayətləri üzrə 1,765 fakt aşkarlanıb
İranın naziri yaralanan ali liderin vəziyyətini açıqlayıb
Cəmiyyət 11:19
İranın naziri yaralanan ali liderin vəziyyətini açıqlayıb
Azərbaycanda vəkillərə ödənilən vəsait 27,1 milyon manatı ötüb
Cəmiyyət 11:05
Azərbaycanda vəkillərə ödənilən vəsait 27,1 milyon manatı ötüb
Faktiki hava açıqlanıb
Cəmiyyət 10:57
Faktiki hava açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol