• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı alim dünyanın görkəmli alimlərinin siyahısında

Azərbaycanlı alim dünyanın görkəmli alimlərinin siyahısında
04.07.2014 17:45
Dünyanın ən nüfuzlu elm jurnallarından hesab olunan "Tompson Röyter" beynəlxalq miqyasda tanınan və elmi məqalələrindən ən çox sitat gətirilən görkəmli alim-tədqiqatçıların siyahısını dərc edib.ANS PRESS-in məlumatına görə bu barədə "Azərbaycan müəllimi" qəzetində məlumat dərc olunub.Bütün dünya üzrə 3215 alimin yer aldığı siyahıda Azərbaycan təhsilinin yetirməsi, Bakı Dövlət Universitetinin məzunu, hazırda ABŞ-ın Kaliforniya ştatının Birləşmiş Genom İnstitutunun enerji şöbəsində çalışan Asəf Salamov da var. Nobel mükafatı laureatlarının da yer aldığı siyahıda Asəf Salamov 2 istiqamət - kimya-biologiya və biologiya, eləcə də bitki və zoologiya elmləri üzrə ən çox sitat gətirilən alimlərdən biridir.Asəf Salamov 1961-ci ildə Bakı şəhərində anadan olub. 1983-cü ildə Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti) fizika fakültəsini bitirib. O, təyinatla akademik Cəlal Əliyevin rəhbərlik etdiyi Fiziki-Kimyəvi Biologiya Sektorunun biotexnologiya qrupuna göndərilib. Müəyyən müddət hazırlıqdan sonra Novosibirsk şəhərinə, SSRİ EA-nın Sitologiya və Genetika İnstitutuna göndərilib. 1987-1990-cı illərdə Sitologiya və Genetika İnstitutunun aspirantı olub. 1991-ci ildə "Qlobulyar zülalların ikincili quruluşunun təkamülü" mövzusunda dissertasiya işini böyük müvəffəqiyyətlə müdafiə edərək biologiya elmləri namizədi alimlik dərəcəsi alıb. 1991-1993-cü illərdə AMEA Botanika İnstitutunda riyazi biologiya qrupunda çalışıb. 1993-1996-cı illərdə ABŞ-ın Texas Beylor Tibb Kollecində, 1997-1998-ci illərdə Yaponiyada Heliks Tədqiqat İnstitutunda, 1998-2000-ci illərdə Birləşmiş Krallığın Kembric şəhərində yerləşən Senger İnstitutunda, 2000-2002-ci illərdə ABŞ-ın Kaliforniya ştatının San-Fransisko şəhərində biotexnologiya kompaniyasında işləyib. 2002-ci ildən bu günə qədər ABŞ-ın Birləşmiş Genom İnstitutunda çalışır. Məşğul olduğu sahə riyaziyyat və kompüter elmlərinin molekulyar biologiyada və əsasən də makromolekulların öyrənilməsində tətbiqidir. Asəf Salamov 65-dən çox elmi məqalənin müəllifidir. Onun məqalələri dəfələrlə yüksək impakt-faktora malik çox nüfuzlu "Nature", "Science" jurnallarında dərc olunub. O, həmçinin "İnsan genomu" üzrə beynəlxalq layihənin iştirakçısı olmuş yeganə azərbaycanlı alimdir.Adıçəkilən siyahıda ABŞ-dan 1717, Böyük Britaniyadan 340, Almaniyadan 164, Çindən 160, Fransadan 100, İsraildən 10 alimin adı yer alıb. Həmyerlimizin dünyanın ən nüfuzlu elm jurnallarından hesab olunan "Tompson Röyter"in reytinq siyahısında yer alması təhsil və elmimizin növbəti uğuru kimi qiymətləndirilə bilər.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol