• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı 2015-in mobil rabitə tərəfdaşı “Nar Mobile” operatorudur - Nazir

Bakı 2015-in mobil rabitə tərəfdaşı “Nar Mobile” operatorudur - Nazir
04.07.2014 17:21

Bakı 2015 Avropa Oyunları yarışlarının eksklüziv və yeganə rəsmi mobil rabitə tərəfdaşı “Azerfon” (“Nar Mobile” ticarət nişanı) şirkətidir. Bu barədə tərəfdaşlıq müqaviləsinin imzalanma mərasimindən sonra keçirilən mətbuat konfransı zamanı Azərbaycan Respublikası gənclər və idman  naziri Azad Rəhimov məlumat verib. 

 

Xatırladaq ki, iyul ayının 2-də “Four Seasons Baku” otelində “Nar Mobile” mobil operatorunun Bakı 2015 Avropa Oyunları yarışlarının rəsmi mobil telekommunikasiya xidməti təminatçısı olması haqqında müqavilə imzalanıb. Müqaviləni Bakı 2015 Avropa Oyunları Təşkilat Komitəsinin baş icraçı direktoru, gənclər və idman naziri Azad Rəhimov və “Azerfon” şirkətinin baş icraçı direktoru Kent Maknili imzalayıblar.   

 

Azərbaycan Respublikasının gənclər və idman  naziri, Bakı-2015 Avropa Oyunları Təşkilat komitəsinin baş icraçı direktoru Azad Rəhimov mobil operatorla imzalanan anlaşmanın ilk Avropa Oyunlarının keçirilməsinə dəstək məqsədi ilə “Nar Mobile” mobil operatorunun telekommunikasiya sahəsində malik olduğu geniş təcrübəni tətbiq etməsini nəzərdə tutan əhəmiyyətli müqavilə olduğunu bildirmişdir.

ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol