• $
  • €
  • ₽
  • ₺
  • £

BDU 2020/2021-ci tədris ilində əlavə kadrların yenidənhazırlanma təhsili almaq üçün tələbə qəbulu elan edir

BDU 2020/2021-ci tədris ilində əlavə kadrların yenidənhazırlanma təhsili almaq üçün tələbə qəbulu elan edir
12.08.2020 12:00
Bakı Dövlət Universiteti (BDU) 2020/2021-ci tədris ilində aşağıdakı ixtisaslar üzrə əlavə təhsil (kadrların yenidənhazırlanma təhsili) almaq üçün tələbə qəbulu elan edir:
 
1.        Riyaziyyat müəllimliyi

2.        Coğrafiya müəllimliyi

3.        Kimya müəllimliyi

4.        Biologiya müəllimliyi

5.        Fizika müəllimliyi

6.        İnformatika müəllimliyi

7.        Tarix müəllimliyi

8.        Azərbaycan dili və ədəbiyyatı müəllimliyi

9.        Rus dili və ədəbiyyatı müəllimliyi
 
BDU-dan Anews.az-a verilən məlumata görə, kadrların yenidənhazırlanma təhsili əyani təhsilalma forması üzrə müəssisə, təşkilat, idarə və ayrı-ayrı vətəndaşlarla Bakı Dövlət Universiteti publik hüquqi şəxs arasında bağlanılmış fərdi müqavilələr əsasında həyata keçirilir. Dövlət və özəl ali təhsil müəssisələrinin məzunları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”na uyğun olaraq ilkin baza təhsili proqramları ilə yenidən əldə ediləcək ixtisasın baza təhsili proqramı arasındakı fərqin bir tədris ilinə hesablanmış saatdan çox olmaması şərtilə müsabiqədə iştirak edə bilərlər.

Kadrların yenidənhazırlanma təhsili almaq istəyən şəxslər aşağıdakı sənədləri təqdim etməlidirlər:

- Rektorun adına ərizə;
- Ali təhsil haqqında sənədin (diplomun və ona əlavənin) notarial qaydada təsdiq olunmuş surəti;
- 3x4 sm ölçüdə 4 ədəd fotoşəkil;
- Sağlamlıq haqqında arayış;
- Şəxsiyyət vəsiqəsinin surəti.

Xarici ali təhsil müəssisələrinin məzunları aldıqları ixtisasların Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi barədə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş Şəhadətnamə təqdim etməlidirlər.

Sənədlər 2020-ci il avqust ayının 11-dən 31-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək əsas binada (245 nömrəli otaqda) qəbul edilir.

Kadrların yenidənhazırlanma təhsili almaq üçün Universitetə sənəd vermiş şəxslərlə müsahibə aparılır. Müsahibədən uğurla keçənlər yenidənhazırlanma təhsilinə qəbul edilirlər.
 
Ünvan: Bakı şəhəri, Akademik Zahid Xəlilov küçəsi 33, AZ-1148
Telefon: (012) 539-06-86
Elektron poçt: [email protected]

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Cəmiyyət 13:03
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:53
Sabahın hava proqnozu açıqlanıb
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
Cəmiyyət 12:47
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Cəmiyyət 12:34
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Cəmiyyət 12:28
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Cəmiyyət 11:47
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Cəmiyyət 11:46
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Cəmiyyət 11:43
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol