• $
  • €
  • ₽
  • ₺
  • £

BDU 2020/2021-ci tədris ilində əlavə təhsil almaq üçün tələbə qəbulu elan edir

BDU 2020/2021-ci tədris ilində əlavə təhsil almaq üçün tələbə qəbulu elan edir
12.08.2020 08:49
Bakı Dövlət Universiteti (BDU) 2020/2021-ci tədris ilində aşağıdakı ixtisaslar üzrə əlavə təhsil almaq üçün tələbə qəbulu elan edir:

1.      Kompüter elmləri

2.      Ekologiya

3.      Geologiya

4.      Coğrafiya

5.      Tarix

6.      Filologiya (Azərbaycan dili və ədəbiyyatı)

7.      Psixologiya

8.      Hüquqşünaslıq

9.      Beynəlxalq münasibətlər

10.  İqtisadiyyat

11.  Kitabxanaçılıq və informasiya

BDU-dan APA-ya verilən məlumata görə, əlavə təhsil (təkrar ali təhsil) yalnız ödənişli əsaslarla, qiyabi təhsilalma forması üzrə müəssisə, təşkilat, idarə və ayrı-ayrı vətəndaşlarla Bakı Dövlət Universiteti publik hüquqi şəxs arasında bağlanılmış fərdi müqavilələr əsasında həyata keçirilir. Əlavə təhsil müvafiq ixtisas üzrə bakalavriat (və ona bərabər tutulan) səviyyəsi üçün mövcud olan baza təhsil proqramlarındakı ümumi və ixtisas fənləri bölümlərini əhatə etməklə, tələbənin əvvəlcə aldığı baza təhsil proqramı ilə yeni ixtisasın baza təhsili proqramı arasındakı fərq nəzərə alınmaqla, xüsusi hazırlanmış təhsil proqramları əsasında aparılır.

Əlavə təhsil almaq istəyən şəxslər aşağıdakı sənədləri təqdim etməlidirlər:

- Rektorun adına ərizə;

- Ali təhsil haqqında sənədin (diplomun və ona əlavənin) notarial qaydada təsdiq olunmuş surəti;

- 3x4 sm ölçüdə 6 ədəd fotoşəkil;

- Sağlamlıq haqqında arayış;

- Şəxsiyyət vəsiqəsinin surəti.

Xarici ali təhsil müəssisələrinin məzunları aldıqları ixtisasların Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi barədə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş Şəhadətnamə təqdim etməlidirlər.

Sənədlər 2020-ci il avqust ayının 11-dən 31-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək BDU-nun əsas binasında (245 nömrəli otaqda) qəbul edilir.

Əlavə təhsil almaq üçün Universitetə sənəd vermiş şəxslərlə müsabiqə təşkil edilir. Müsabiqəni uğurla keçənlər müqavilə yolu ilə əlavə təhsil ixtisası üzrə tələbələr sırasına qəbul edilirlər.

Tədris Azərbaycan və rus dillərindədir. Təhsil haqqı müqavilə əsasında ayrı-ayrı ixtisaslara uyğun olaraq ödənilir.
 
Ünvan: Bakı şəhəri, Akademik Zahid Xəlilov küçəsi 33, AZ-1148
Telefon: (012) 539-06-86
Elektron poçt: [email protected]


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
Cəmiyyət 17:03
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
Binəqədidə iki azyaşlı qızın ölümü qeydə alınıb
Cəmiyyət 16:02
Binəqədidə iki azyaşlı qızın ölümü qeydə alınıb
“Tam Store”da məhsul rəfdə göstərilən qiymətdən baha satılıb
Cəmiyyət 15:44
“Tam Store”da məhsul rəfdə göstərilən qiymətdən baha satılıb
Azercell-də “Super Cümə”: seçilmiş cihazlara 60%-dək endirim!
Cəmiyyət 15:27
Azercell-də “Super Cümə”: seçilmiş cihazlara 60%-dək endirim!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol