• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan elminə ağır itki üz verdi

Azərbaycan elminə ağır itki üz verdi
04.07.2014 16:11
Professor Ağaddin Niftiyev vəfat edibAzxeber.com-un məlumatına görə, BDU-nun şöbə müdiri və Böyük Elmi Şurasının üzvü, professor Ağaddin Niftiyev 57 yaşında dünyasını dəyişib.Ağaddin Aslan oğlu Niftiyev 28 oktyabr 1957-ci ildə Masallı rayonunun Gəyəçöl kəndində anadan olub. 1975-ci ildə Masallı rayon Gəyəçöl kənd orta məktəbini, 1980-ci ildə Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat və Kibernetika Fakültəsini bitirib. 1982-1985-ci illərdə AMEA Kibernetika İnsitutunun aspiranturasında təhsilini davam etdirən Ağaddin Niftiyev əmək fəaliyyətinə elə həmin insitutda proqramçı-mühəndisi kimi başlayıb.1987-ci ildən Bakı Dövlət Universitetinin müəllimi, baş müəllimi, dossenti, şöbə müdiri vəzifələrində çalışıb. BDU Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnsitutu “İqtisadi Sistemlərin Riyazi Modelləşdirilməsi” şöbəsinin müdiri və BDU Böyük Elmi Şurasının üzvüdür. 1986-cı ildə namizədlik, 2006-cı ildə doktorluq dissertasiyasını müdafiə edib və elə həmin ildə professor elmi adına layiq görülüb.Fransa Xarici İşlər Nazirliyi, Azərbaycan Dövlət Neft Şirkəti və Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafına Dövlət Dəstəyi Fondunun dəstəyilə müxtəlif elmi layihələrin həyata keçirilməsinə rəhbərlik edib. 2008-ci ildə Fransa-Gürcüstan və Azərbaycan riyaziyyatçılarının I beynəlxalq konfransını təşkil edib.Müqavilə əsasında Fransanın Nant Universitetində professor kimi çalışıb. 10-dan artıq doktorluq, 30-dan artıq namizədlik dissertasiyasına rəhbərlik edib. Elmi məqalələri ABŞ, Almaniya, Fransa, İngiltərə, Avstriya, Rusiya, Türkiyə, İran, Misir, Kanada və digər ölkələrin elmi nəşrlərində dərc edilib.1992-1993-cü illərdə Masallı rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Qondarma Talış Muğan Respublikasının Masallını işğal etmək planlarına qarşı mübarizə aparıb, özü və qohumları çoxsaylı işgəncələrə məruz qalıb.Xatırladaq ki, mərhum tanınmış jurnalist Azər Niftiyev və İKT mütəxəssisi, fəlsəfə doktoru Anar Niftilinin atasıdır. İki ildən artıqdır ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi. Mərhum öz vəziyyətinə uyğun olaraq, doğulub boya-başa çatdığı Masallı rayonunun Gəyəçöl kəndində dəfn ediləcək.Allah rəhmət eləsin!ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol