• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda restoranlar açılır, toylar isə bu tarixədək olmayacaq

Azərbaycanda restoranlar açılır, toylar isə bu tarixədək olmayacaq
12.08.2020 19:38
Azərbaycanda koronavirus pandemiyası səbəbindən Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən mart ayının ortasından etibarən toy və nişan mərasimlərinin keçirilməməsi ilə bağlı qərar qəbul edilib.


Pandemiya isə bütün dünyada, o cümlədən Azərbaycanda davam edir.


Pandemiya dövründə toylar keçirilə bilərmi və keçiriləcəyi təqdirdə hansı qaydalar tətbiq olunmalıdır? Yeri gəlmişkən, bir sıra ölkələrdə, o cümlədən qonşu Türkiyə və Rusiyada toy mərasimləri keçirilir.


"Report”un əməkdaşı bu suallarla Milli Məclisin deputatlarına müraciət edib.


Milli Məclisin Səhiyyə komitəsinin üzvü Kamilə Əliyeva deyib ki, son günlər ölkədə koronavirusa yoluxanların sayı azalır, sağalanların sayı isə artır: "Bu, onun nəticəsidir ki, insanlarımız karantin rejiminin tələblərinə çox məsuliyyətlə yanaşırlar. Ancaq yumşalmadan sonra yoluxmanın sayının az olması insanlarımızı arxayınlaşdırmamalıdır. Çünki dünyada ikinci dalğanın olması gözlənilir”.


Deputatın sözlərinə görə, toy və yas mərasimlərinə çox insan toplaşır:


"Hesab edirəm ki, biz buna getsək, ölkəmizdə yoluxmanın sayı arta bilər. Toy, nişan və yas mərasimlərinin hələlik keçirillməməsi ilə bağlı qərar olduqca vacibdir. Fikrimcə, açıq havada, çox az adamın iştirakı ilə toy, nişan mərasimləri keçirilə bilər. Ancaq bu qərar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilməlidir”.


Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı isə bildirib ki, ölkədə koronavirusla bağlı dinamika ümumilikdə ümidvericidir:


"Əgər vətəndaşlarımız pandemiyanın qarşısını ala biləcək ciddi şərtlərə əməl edərlərsə, biz bu müharibədən qalib çıxa bilərik. Bundan sonra isə Nazirlər Kabineti yanında Operativ Qərargahın iri ticarət mərkəzləri və s. obyektlərin açılması ilə bağlı qərar verə bilər”.






Deputat bildirib ki, bir neçə gündən sonra Azərbaycanda Məhərrəm ayı başlayır: "Həmin ayda ölkəmizdə toy mərasimləri keçirilmir. Ümidvaram ki, Məhərrəm ayı bitdikdən sonra koronavirus üzərində qələbəmizi təmin edə biləcəyik və normal həyat tərzinə qayıdacağıq. Toy mərasimlərinin hansı qaydalara uyğun təşkil olunması məsələsi ölçülüb-biçilməlidir. Ola bilsin ki, çox məhdud sayda yaxın qohumların iştirakı ilə toylar keçirilə bilər. Orada da müəyyən məsafələr gözlənilməlidir. Toy mərasimində iştirak edən şəxslərin testdən keçməsi variantı da ola bilər. Virus daşıyıcısı olmayan yaxın şəxslərin iştirakı ilə toy mərasimləri keçirilə bilər. Ümid edirəm ki, biz bu bəlaya yaxın vaxtlarda qalib gələrək toy mərasimlərimizi əvvəlki qaydada keçirə biləcəyik”.


Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov qeyd edib ki, karantin rejiminə əməl olunması öz nəticələrini verməkdədir:


"Artıq sağalma faizi yoluxmanı dəfələrlə üstələyib. Məhz bununla əlaqədar olaraq dövlətimiz müəyyən yumşalma elementlərini işə salıb. Hesab edirəm ki, yumşalma prosesinin əhatə dairəsinə musiqiçiləri də əlavə etmək lazımdır. Toy şənliklərinin keçirilməsi iddiası hesab edirəm ki, indiki vaxtda aktualdır. Azərbaycanda şadlıq evlərinin 600 nəfərlik zalları var. Belə olan vəziyyətdə 600 nəfərlik zalda 200 nəfərin iştirakı ilə toy məclisinin keçirilməsi mümkün olan məsələdir. Əsas məsələ odur ki, karantin rejiminin tələblərinə ciddi şəkildə əməl edilsin. Toya gələn insanların temperaturu ölçülsün, sosial məsafə gözlənilsin, həmin şəxslər özləri ilə dezinfeksiya vasitələri gətirsinlər və bir-biriləri ilə qucaqlaşmağa, öpüşməyə son qoysunlar. Qətiyyən bunlara yol vermək olmaz”.


Onun sözlərinə görə, Azərbaycanda 10 minə qədər musiqiçi var:


"Onların içərisində kirayədə yaşayanlar da var. Belə olan vəziyyətdə onları da düşünmək lazımdır. Hesab edirəm ki, pandemiya dövrü həmin şəxsləri müflis vəziyyətinə salıb. Bu istiqamətdə yumşalmanın vaxtı çatıb”.


Yeri gəlmişkən, Hicri təqvimi ilə Məhərrəm və Səfər aylarında Azərbaycanda əksər insanlar toy etmir. Məhərrəm ayı gələn həftə - avqustun 21-də Məhərrəm ayı başlayır, ardınca Səfər ayı gəlir və oktyabrın 17-də bitir.


Belə nəticəyə gəlmək olar ki, ölkədə koronavirusa yoluxanların sayının azalması səbəbindən yaxın vaxtlarda kafe və restoranların açılacağı gözlənilir. Lakin Operativ Qərargah hətta toy keçirilməsinə icazə versə belə, böyük əksəriyyət oktyabrın 17-dək toy keçirməyəcək.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol