• $
  • €
  • ₽
  • ₺
  • £

Ən çox yağış hansı rayonlara yağıb?

Ən çox yağış hansı rayonlara yağıb?
15.08.2020 14:45
Avqustun 15-i səhərədək bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, Böyük Qafqazın bəzi yerlərində leysan xarakterli intensiv olub.


Milli Hidrometeorologiya Xidmətindən Qaynarinfo-ya məlumata görə, düşən yağışın miqdarı Kişçayda (Şəki) 56 mm (aylıq normanın 56 faizi), Sarıbaşda (Qax) 38 mm (aylıq normanın 32 faizi), Zaqatalada 36 mm (aylıq normanın 49 faizi), Şəki, Balakəndə 27 mm (aylıq normanın 36 faizi), Qrızda 22 mm (aylıq normanın 41 faizi), Oğuzda 17 mm (aylıq normanın 30 faizi), Qubada 14 mm (aylıq normanın 42 faizi), İsmayıllıda 10 mm, Xaltanda 9 mm, Qusarda 8 mm, Qəbələdə 7 mm, Şamaxıda 6 mm, Gədəbəydə 5 mm, Göyçay, Altıağacda 4 mm, Mərəzədə 3 mm, Astara, Daşkəsən, Şahbuz, Ordubadda 2 mm, Naxçıvan, Ağdərə (Ordubad), Göygöl, Gəncə, Şəmkir, Tərtər, İmişli, Şabran, Bakı, Sumqayıtda 1 mm  olub.








Ad - 00:04


ƏTRAFLI
Nescafe_CapuLatte





Yağan leysan xarakterli yağış nəticəsində Balakən-Balakənçay, Talaçay-Zaqatala, Əyriçay-Başdaşağıl və Kürmükçay-İlisu məntəqələrindən sel keçib.  


Şimal-qərb küləyi arabir Neftçala, Naftalanda 20 m/s, Bakıda və Abşeron yarımadasında: Sumqayıtda 25 m/s, Ələtdə 24 m/s, Çilov adasında 21 m/s, Pirallahıda 20 m/s, Neft Daşlarında 19 m/s, Binə, Qum adasında 18 m/s, Bakı, Maştağada 15 m/s-dək güclənib.


Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.8 metrə çatıb.


Havanın temperaturu Bakıda iqlim norması daxilində olub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 29 dərəcəyədək, aran rayonlarında 28-32, dağlıq rayonlarda 19 dərəcəyədək, Naxçıvan MR-da 30-33 dərəcə isti olub.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
Cəmiyyət 17:03
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
Binəqədidə iki azyaşlı qızın ölümü qeydə alınıb
Cəmiyyət 16:02
Binəqədidə iki azyaşlı qızın ölümü qeydə alınıb
“Tam Store”da məhsul rəfdə göstərilən qiymətdən baha satılıb
Cəmiyyət 15:44
“Tam Store”da məhsul rəfdə göstərilən qiymətdən baha satılıb
Azercell-də “Super Cümə”: seçilmiş cihazlara 60%-dək endirim!
Cəmiyyət 15:27
Azercell-də “Super Cümə”: seçilmiş cihazlara 60%-dək endirim!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol