• $
  • €
  • ₽
  • ₺
  • £

MTRŞ-dan ATV-dəki maska qalmaqalına AÇIQLAMA

MTRŞ-dan ATV-dəki maska qalmaqalına AÇIQLAMA
17.08.2020 17:00
Milli Televiziya və Radio Şurası (MTRŞ) "Azad Azərbaycan" televiziyasının efirində karantin qaydalarının pozulduğu iddia edilən görüntülərə münasibət bildirib.
MTRŞ sədrinin köməkçisi Fazil Novruzov Anews.az-a bildirib ki, təmsil etdiyi qurumun bu məsələyə heç bir aidiyyatı yoxdur.

"Telekanalda kimsənin maska taxıb-taxmaması, sosial izolyasiya qaydalarına əməl edib-etməməsi ilə bağlı tədbirlər görmək bizim səlahiyyətimizə aid olan məsələ deyil. Yəni, televiziya kanallarında karantinin pozulması ilə bağlı cavab tədbirləri Milli Televiziya və Radio Şurasının səlahiyyətində deyil. Biz tövsiyəmizi vermişik ki, yerinə yetirsinlər. Amma buna nəzarət Daxili İşlər Nazirliyinə həvalə olunub. Monitorinq də telekanallarda sosial izolyasiya qaydalarına əməl olunmasına nəzarət eləmir”, F.Novruzov bildirib.

Qeyd edilib ki, sosial izolyasiya qaydalarının tətbiqindən öncə çəkildiyi iddia olunan "Zaurla Günaydın" verilişində qonaq olan Xalq artisti Məleykə Əsədovanın tibbi maska taxması ictimaiyyətdə sual doğurub. Telekanal sosial şəbəkə istifadəçiləri tərəfindən karantini pozduğuna görə tənqid edilib.

Xatırladılıb ki, ölkə ərazisində ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda 5 nəfərdən artıq qruplarda cəmləşmək qadağandır. Bundan başqa, qapalı məkanlarda qoruyucu maskalardan istifadə edilməsi məcburidir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol