• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev yeni səfiri qəbul etdi - FOTO

İlham Əliyev yeni səfiri qəbul etdi - FOTO
18.08.2020 17:12
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 18-də Özbəkistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanovun etimadnaməsini qəbul edib.
 
Anews.az xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
 
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
 
Prezident İlham Əliyev ölkələrimiz arasındakı ikitərəfli əlaqələrin və əməkdaşlığın səviyyəsindən məmnunluğunu ifadə etdi. Ölkələrimiz arasında fəal siyasi dialoqun aparıldığını vurğulayan Prezident İlham Əliyev Azərbaycanın Özbəkistanla beynəlxalq təşkilatlar, o cümlədən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində yaxından əməkdaşlıq etdiyini bildirdi. Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin 2019-cu ilin oktyabrında Bakıda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sammitində iştirakının əməkdaşlığımızın inkişafına mühüm töhfə verdiyini qeyd etdi. Prezident İlham Əliyev bu səfər çərçivəsində Özbəkistan dövlətinin başçısı ilə iqtisadiyyat, ticarət, nəqliyyat-logistika, kənd təsərrüfatı, o cümlədən pambıqçılıq və digər sahələrdə də əməkdaşlığa dair səmərəli müzakirələrin aparıldığını vurğuladı.
 
Koronavirus pandemiyası ilə əlaqədar Özbəkistana nəzərdə tutulmuş səfərinin təxirə salındığını qeyd edən Prezident İlham Əliyev epidemioloji vəziyyət imkan verən kimi qardaş Özbəkistana səfər edəcəyini bildirdi.
 
Prezident İlham Əliyev bu il iyulun 12-də Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın Azərbaycana qarşı növbəti təcavüzü ilə əlaqədar İslam Əməkdaşlıq Təşkilatı və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində müvafiq bəyanatların qəbul edilməsinə üzv dövlət olaraq Özbəkistanın verdiyi dəstəyə görə təşəkkürünü bildirdi.
 
Dövlətimizin başçısı digər sahələrlə bərabər, nəqliyyat-logistika sahəsində ölkələrimiz arasında əməkdaşlıqda yaxşı nəticələrin əldə olunduğunu qeyd etdi.
 
Ölkələrimiz arasında əməkdaşlığın xalqlarımızın qardaşlıq əlaqələrinə əsaslandığını qeyd edən Prezident İlham Əliyev Özbəkistanla münasibətlərin bütün sahələrdə inkişafı üçün yaxşı perspektivlərin olduğunu vurğuladı.
 
Səfir Bahrom Aşrafxanov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin ən səmimi salamlarını və xoş arzularını Prezident İlham Əliyevə çatdırdı. Keçən ilin oktyabrında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda keçirilmiş sammitində Özbəkistan Prezidentinin iştirakının və bu çərçivədə dövlət başçıları səviyyəsində görüşlərin ikitərəfli əlaqələrimizin inkişafına mühüm təkan verdiyini qeyd etdi.
 
Səfir, eyni zamanda, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün sahələrdə böyük uğur qazandığını və digər ölkələr üçün örnək olduğunu vurğulayaraq, Özbəkistanın Azərbaycanın qabaqcıl təcrübəsindən bəhrələndiyini, "ASAN xidmət” nümunəsində ölkəsində Dövlət Xidmətləri üzrə Agentliyin yaradıldığını bildirdi.
Ölkələrimiz arasında yaxşı münasibətlərin olduğunu qeyd edən səfir Özbəkistanın Azərbaycanla ticari-iqtisadi əlaqələrin inkişafına böyük önəm verdiyini və Azərbaycanın bu sahədə MDB məkanında Özbəkistan üçün strateji tərəfdaş olduğunu dedi. Eyni zamanda, səfir kənd təsərrüfatı, xüsusilə də fındıqçılıq və narçılıq sahələrində Azərbaycanın təcrübəsinin Özbəkistan üçün maraqlı olduğunu bildirdi.
 
Səfir koronavirus pandemiyası ilə bağlı karantin tədbirlərinin yaxın vaxtlarda sona çatacağına və Azərbaycan Respublikası Prezidentinin Özbəkistana səfər edəcəyinə ümidvar olduğunu ifadə etdi. Bu səfərin əməkdaşlığımızın genişlənməsi və dərinləşməsinə yeni bir təkan verəcəyinə əminliyini bildirdi. Səfir Özbəkistanın Azərbaycanla nəqliyyat-logistika sahəsində əməkdaşlığa, Xəzər dənizi vasitəsilə Azərbaycanı və Mərkəzi Asiya ölkələrini birləşdirən nəqliyyat dəhlizinə və Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə böyük əhəmiyyət verdiyini diqqətə çatdırdı.
 
Bahrom Aşrafxanov Özbəkistanın Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini daim dəstəklədiyini vurğuladı.
 
Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünə göstərdiyi birmənalı dəstəyinə görə Özbəkistana təşəkkürünü bildirdi.
 
Dövlətimizin başçısı Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını və ən xoş arzularını Özbəkistanın Prezidentinə çatdırmağı xahiş etdi.
****

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
Cəmiyyət 17:03
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
Binəqədidə iki azyaşlı qızın ölümü qeydə alınıb
Cəmiyyət 16:02
Binəqədidə iki azyaşlı qızın ölümü qeydə alınıb
“Tam Store”da məhsul rəfdə göstərilən qiymətdən baha satılıb
Cəmiyyət 15:44
“Tam Store”da məhsul rəfdə göstərilən qiymətdən baha satılıb
Azercell-də “Super Cümə”: seçilmiş cihazlara 60%-dək endirim!
Cəmiyyət 15:27
Azercell-də “Super Cümə”: seçilmiş cihazlara 60%-dək endirim!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol