• $
  • €
  • ₽
  • ₺
  • £

Hava yenidən qeyri-sabit keçəcək - Umayra Tağıyeva

Hava yenidən qeyri-sabit keçəcək - Umayra Tağıyeva
20.08.2020 16:31
"Bu ilin avqust ayı son onilliklərdə müşahidə etdiyimiz avqustun qızmar və quraq havasından xeyli fərqlidir. Əgər son dövrlərdə yüksək temperatur rekordları məhz avqust ayında yenilənirdisə, bu ilin avqustu mülayim keçir, temperatur norma daxilində tərəddüd edir, bəzi günlərdə isə hətta normadan bir qədər aşağı enir".


Anews.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

O qeyd edib ki, bir çox rayonlarda və Abşeron yarımadasında avqust ayının 1-ci və 2-ci ongünlüyündə düşən yağıntının miqdarı ay ərzində düşən yağıntının miqdarından çoxdur: "Məsələn, Abşeron yarımadasında aylıq normadan 2 dəfəyədək çox yağıntı düşüb, Sabirabadda düşən yağıntı aylıq normanın 183, Tərtərdə 168, Salyanda isə 141 faizini təşkil edib. Çoxillik meteoroloji müşahidələrə görə avqust ayında Azərbaycan ərazisində yağmurlu günlərin sayı orta hesabla 4 gün olurdusa, bu il yağmurlu günlərin sayı daha çox olub. Məsələn, Balakən-Şəki zonasında 12 gün, Mərkəsi-aranda 8 gün, Qazax-Gəncə zonasında isə 9 gün hava yağışlı olub. Bu kimi proseslər son onilliklərdə iqlim dəyişmələri fonunda artan anomal hidrometeoroloji hadisələrinin təzahürüdür".



"Xatırlatmaq istərdim ki, hələ yazda NASA və digər beynəlxalq iqlim mərkəzlərinin yaydığı məlumatlara istinadən bu ilin yay fəslində Azərbaycanda da rekord istilərin olacağı haqqında məlumatlar verilmişdi. O zaman bizim mütəxəssislər qeyd etmişdir ki, bu cür proqnozlar qlobal modellər əsasında hazırlandığına görə, onları birbaşa aksioma kimi ölkəmizə şamil etmək düzgün olmaz. Eyni zamanda nəzərə alınmalıdır ki, dünya təcrübəsində ümumiyyətlə uzunmüddətli proqnozların özünü doğrultması yüksək olmur”, o bildirib.



U.Tağıyeva onu da bildirib ki, avqustun 21-i axşamdan 24-dək ölkə ərazisində hava yenidən qeyri-sabit keçəcək. Havanın temperaturu 8-10 dərəcə aşağı enərək Bakıda 21-26 dərəcəyə yaxın olacaq. Şimal küləyi güclənəcək, rayonlarda leysan xarakterli yağış yağacaq.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
Cəmiyyət 17:03
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
Binəqədidə iki azyaşlı qızın ölümü qeydə alınıb
Cəmiyyət 16:02
Binəqədidə iki azyaşlı qızın ölümü qeydə alınıb
“Tam Store”da məhsul rəfdə göstərilən qiymətdən baha satılıb
Cəmiyyət 15:44
“Tam Store”da məhsul rəfdə göstərilən qiymətdən baha satılıb
Azercell-də “Super Cümə”: seçilmiş cihazlara 60%-dək endirim!
Cəmiyyət 15:27
Azercell-də “Super Cümə”: seçilmiş cihazlara 60%-dək endirim!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol