• $
  • €
  • ₽
  • ₺
  • £

DSMF-nin Gədəbəy rayon şöbəsində döyülən jurnalistin məhkəməsi aparılır

DSMF-nin Gədəbəy rayon şöbəsində döyülən jurnalistin məhkəməsi aparılır
22.08.2020 08:59
Anews.az-ın bölgə müxbiri Zaur Qənbərovun işi ilə bağlı məhkəmə iclası baş tutub. Gədəbəy rayon məhkəməsində Maarif Kazımovun sədrliyi ilə 6 avqust 2020-ci il tarixində hazırllq iclası keçirilib. Tərəflərin anketi ilə tanış olunub. Növbəti məhkəmə iclası 13 avqust 2020-ci il tarixinə təyin edilsə də, jurnalistin vəkilini dəyişmək barədə verdiyi vəsadətə görə, məhkəmə iclası 20 avqust 2020-ci il tarixinə təxirə salınmışdı.

20 avqust 2020-ci tarixində baş tutan baxış iclasında jurnalistə qarşı DSMF-nin Gədəbəy rayon şöbəsinin əməkdaşları İbrahim Ələsgərov, İsfəndiyar Qələndərov, DSMF-nin Gədəbəy rayon şöbəsinin müdiri Elsun Xudaverdiyev və onun işçiləri Mahmud Məmmədov, Elsevər Mustafayev, Əhməd Quliyev, Nəsimi Əliyev, İlqar İbrahimov, Fərid Əlizadə, Almaz İbrahimova, Natalya Çivildeyeva, Vəfa Süleymanlı şahid qismində iştirak ediblər.

Jurnalisti məhkəmədə vəkil Babayev Rəşad Nizami oğlu müdafiə edib.

Məhkəmədə şahid qismində DSMF Gədəbəy rayon şöbəsinin müdiri Elsun Xudaverdiyev və işçiləri Mahmud Məmmədov, Nəsimi Əliyev, İlqar İbrahimov dindirilib.

Zərərçəkənlərlə şahidlər bir-birinə zidd ifadələr veriblər.

2 saat davam edən məhkəmə prosesində vəkil Rəşad Babayev bütün şahidlərin bir iclasda dindirilməsi çətin və yorucu olduğunu əsas gətirərək vəsatət verib.
 
Hakim Marif Kazımov vəsatəti təmin edib. Növbəti məhkəmə iclası 24 sentyabr 2020-ci tarixinə təyin edilib.

Qeyd edək ki, 4 may 2020-ci il tarixində Anews.az-ın bölgə müxbiri Zaur Qənbərov vətəndaş şikayətini araşdırmaq üçün  DSMF-nin Gədəbəy rayon şöbəsində öz vəzifəsini yerinə yetirərkən şöbə müdiri Elsun Xudaverdiyev və onun sürücüsü İsfəndiyar Qələndərov tərəfindən döyülüb və hadisəni çəkdiyi üçün telefonu sındırılıb. Elə həmin gün Polisə müraciət etməsinə baxmayaraq Gədəbəy rayon prokurorluğunda jurnalistin özünə qarşı Cinayət Məcəlləsinin 221.3 maddəsilə ilə cinayət işi başladılıb. Gədəbəy rayon Polis şöbəsində polis polkovnik-leynitnantı İbrahim Hüseynovun rəhbərliyi ilə istintaq davam etdirilib. İstintaq prosesində jurnalist tərəfindən verilən vəsatətlər təmin edilməyib. Verilən əsaslı sübutlar, video, səs yazıları və fotofaktlar qəbul edilməyib, qəbul edilənlər isə sonra iş materialından müəmmalı  şəkildə yoxa çıxıb. 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol