• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycana turist axını 3 dəfə azalıb

Azərbaycana turist axını 3 dəfə azalıb
21.08.2020 21:00
Koronavirus (COVID-19) pandemiyası ilə bağlı yaranmış vəziyyət digər ölkələrdə olduğu kimi, Azərbaycanın da turizm sektoruna təsirsiz ötüşməyib, mart ayından başlayaraq bu sahədə ciddi tənəzzülə səbəb olub.

Anews.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu ilin yanvar-iyul aylarında Azərbaycana dünyanın 152 ölkəsindən 618,3 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,9 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Azərbaycanla qonşu dövlətlər arasında dövlət sərhədində məhdudlaşdırıcı rejimin, eləcə də dünyanın əksər ölkələrində vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması cari ilin aprel-iyul aylarında ölkəmizə gələnlərin sayında kəskin azalmaya səbəb olmuş və baş tutmuş səfərlər əsas etibarilə qeyri-turizm məqsədləri ilə həyata keçirilib.

Bu ilin yanvar-iyul aylarında ölkəmizə gələnlərin 29,1%-i Rusiya, 26,1%-i Gürcüstan, 15,9%-i Türkiyə, 7,4%-i İran, 2,1%-i Ukrayna, 2%-i Hindistan, 1,9%-i Səudiyyə Ərəbistanı, 1,3%-i Birləşmiş Ərəb Əmirlikləri, hər birindən 1,2% olmaqla Pakistan və Qazaxıstan, hər birindən 1,1% olmaqla Küveyt və Türkmənistan, 0,9%-i Böyük Britaniya, 0,8%-i İraq, hər birindən 0,7% olmaqla Özbəkistan və Belarus, 0,6%-i İsrail, 5,8%-i digər ölkələrin vətəndaşları, 0,1%-i isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 77,2%-ni kişilər, 22,8%-ni qadınlar təşkil edib.

Cari ilin yanvar-iyul aylarında Çindən gələnlərin sayı 9,8 dəfə, Cənubi Koreyadan – 9,2 dəfə, İsraildən – 6,5 dəfə, Yaponiyadan və Polşadan – 6,3 dəfə, Macarıstandan – 5,9 dəfə, İraqdan – 5,4 dəfə, Omandan və Səudiyyə Ərəbistanından – 5,3 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən – 5,2 dəfə, Kanadadan və ABŞ-dan – 4,9 dəfə, Fransadan – 4,8 dəfə, Böyük Britaniyadan, Almaniyadan və Niderlanddan – 4,4 dəfə, Türkmənistandan – 3,9 dəfə, Qətərdən – 3,8 dəfə, İtaliyadan – 3,7 dəfə, Qazaxıstandan – 3,5 dəfə  azalıb.  

Ümumilikdə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 4,8 dəfə azalaraq 17,5 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 3,6 dəfə azalaraq 83,3 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 3 dəfə azalaraq 218 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 68,6%-i dəmir yolu və avtomobil, 29,5%-i hava, 1,9%-i isə dəniz nəqliyyatından istifadə edib.
2019-cu ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 3,1 dəfə azalaraq 996,5 min nəfər olmuşdur. Ölkə vətəndaşlarının 32,8%-i İrana, 29,2%-i Gürcüstana, 20,3 %i Rusiyaya, 10%-i Türkiyəyə, 7,7%-i digər ölkələrə səfər etib. Gedənlərin 69,9%-ni kişilər, 30,1%-ni qadınlar təşkil edib. Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 3,6 dəfə, Türkiyəyə  gedənlərin sayı 3,4 dəfə, Gürcüstana gedənlərin sayı 3 dəfə, Rusiyaya gedənlərin sayı isə 2,7 dəfə azalib.

Bu ilin yanvar-iyul aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşlarının 80,7%-i dəmir yolu və avtomobil, 17,2%-i hava, 2,1%-i isə dəniz nəqliyyatından istifadə etib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
Cəmiyyət 17:03
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
Binəqədidə iki azyaşlı qızın ölümü qeydə alınıb
Cəmiyyət 16:02
Binəqədidə iki azyaşlı qızın ölümü qeydə alınıb
“Tam Store”da məhsul rəfdə göstərilən qiymətdən baha satılıb
Cəmiyyət 15:44
“Tam Store”da məhsul rəfdə göstərilən qiymətdən baha satılıb
Azercell-də “Super Cümə”: seçilmiş cihazlara 60%-dək endirim!
Cəmiyyət 15:27
Azercell-də “Super Cümə”: seçilmiş cihazlara 60%-dək endirim!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol